Ağcabədi məktəbində Novruz şənliyi keçirilib
Ağcabədi rayonunun Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbində Novruz şənliyi keçirilib.Tədbirdə iştirak edən ATİAHİ Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva məktəbin rəhbərliyini və kollektivini bayram münasibətilə təbrik edib və bildirib ki, Novruz əsrlərin qaynaqlarından süzülüb gələn, yaddaşlarda kök salan qədim bir el bayramıdır. Tarixən bu bayram xalqımız tərəfindən böyük təmtaraqla qeyd olunub. Bu gün də Novruz xalqımızın ən əziz bayramıdır və xoşbəxtik ki, bayram tonqalını işğaldan azad edilmiş ərazilərimizdə də keçiririk.Tədbirdə digər çıxışlar da dinlənilib, təbriklər səslənib. Həmçinin tədbir bayram şənliyi ilə davam edib. Sonda məktəbin bir neçə qabaqcıl müəllimi rayon komitəsi tərəfindən mükafatlandırılıb.Bundan başqa, komitənin sədri Arzu Niftalıyeva, məktəbin rəhbərliyi və ittifaq üzvləri Salmanbəyli kəndində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş Samir Mikayıllının ailəsi ilə görüşüblər.Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Müəllimlər isə şəhidin məktəb illərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Şəhidin ailəsinə bayram sovqatları verilib. Göstərilən diqqət və qayğıya görə, Samirin ailəsi gələn qonaqlara təşəkkür ediblər.242d4a9a-8bce-4a8e-bb3a-8eb459ddc8d9.jpg 221.37 KB82ade051-2d27-42f9-97d9-98aa812c96c7.jpg 316.07 KB4b8ac6f4-3eee-4b52-bc89-19d51d984b58.jpg 260.04 KB04a54148-a9a7-40ab-81cc-8eb49a9c82f5.jpg 95.52 KB0e0af188-24d7-4997-ada8-0eada3f7f54e.jpg 221.63 KB
27.03.2024
Ağcabədi rayon komitəsi hesabat ilini böyük uğularla başa vurub
ATİAHİ Ağcabədi rayon komitəsi üzvlərinin sosial və əmək münasibətlərinin qorunması, işçilərin qanuni mənafelərinin müsdafiəsi istiqamətində fəal iş aparır.İl boyu müharibə iştirakçıları, şəhid ailələri və onların övladları ilə görüşlər təşkil edilib, təhsil müəssisələrində çalışan müharibə iştirakçıları və şəhid ailə üzvlərinin hər birinə həssaslıqla yanaşılıb. Tədris müəssisələrində işçilərin işə qəbulu edilməsi, onlarla əmək müqaviləsinin bağlanması və xitam verilməsi işlərinə nəzarət təşkil edilib. Respublika Komitəsinin təşkil etdiyi “İlin peşəkar gənci”, ”Sağlam və təhlütəsiz əmək şəraiti” adlı baxış müsabiqələrində Ağcabədi rayon komitəsinin üzvləri də qalib olmuşlar. Bunlardan Hacıbədəli kənd tam orta məktəbi, Taleh Əliyev adına Xocəvənd kənd tam orta məktəbi və İbrahimov adına şəhər 8 saylı tam orta məktəbi qeyd edə bilərik. Xatırladaq ki, Hindarx qəsəbə 1 №-li tam orta məktəbin informatika müəllimi Dəyanət Fərzəliyev “İlin peşəkar gənci” adlı baxış müsabiqəsinin ilk qaliblərindən biri olub. Şəhər 1 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi, II Qarabağ müharibəsinin iştirakçısı Elgün Həsənov da müsabiqədən qalib olaraq ayrılıb.Rayon komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər təşkil edilib. İttifaq üzvüləri ilə görüşlər, müəllimlər arasında şahmat yarışları keçirilib. Respublikanın idman yarışlarında uğur qazanmış rayonun şahmat və idman məktəblərinin yetirmələrinin Ağ göl milli parkına gəzintisi təşkil olunub.Yüksək mənəvi-əxlaqi keyfiyyətləri, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllimlər, daim hörmətlə xatırlanır. Təqaüddə olan müəllimlərlə görüşlər təşkil edilir. Məktəblərdə vətənpərvərlik ruhunun təbliği istiqamətində görüşlərin təşkili il boyu davam etdirilib. Qarabağ müharibəsinin iştirakçısı, göstərdiyi qəhrəmanlığa görə ön cəbhədə Ulu Öndər Heydər Əliyev tərəfində yüksək hərbi rütbəyə layiq görümlüş Şənlik kənd tam orta məktəbin direktoru Tahir Məmmədov və onun silahdaşları, eləcə də Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla məktəb kollektivinin görüşü baş tutub. AHİK-in yaranmasının 30 illik yubileyi ilə əlaqədar rayon komitəsinin təşəbüsü ilə həmkarlar ittifaqlarında uzun müddət səmərəli fəaliyyətlərinə görə şəhər 11 №-li məktəbin, Qaravəlli kənd tam orta məktəbin, Hindarx qəsəbə 3 №-li ümum orta məktəbin ilk həmkarlar ittifaqı sədrlərinə, həmçinin 3 №-li məktəb-liseyin 140 illik yubleyi münasibətilə 3 müəllimə Respublika Komitəsinin döş nişanı və fəxri fərmanı verilib.Mədəni-kütləvi tədbirlərin təşkili, içtimai işlərdə fəallığı və pedaqoji nailiyyətlərinə görə ittifaq üzvləri ilə görüşlər olub.Qeyd edək ki, Ağcabədi rayon komitəsi bundan sonra da ittifaq üzvlərinin əmək hüquqlarının qorunması istiqamətində səylə çalışacaq, öz funksiya və vəzifələrinə ləyaqətlə və məsuliyyətlə yanaşacaq. 99e8b369-79b1-4dab-ac97-80d9fccc911d.jpg 126.57 KBad405f13-44a7-4f8c-a800-6843a19d3ee7.jpg 131.01 KBd540233b-696c-42db-9b59-00530794a675.jpg 149.47 KBf5e05fd8-b219-4b4d-b5aa-ffb5dc50d44a.jpg 150.57 KB9cfb63b3-d5ac-4b6b-9f94-26256dba2388.jpg 168.14 KB8a3b097c-df33-49eb-9950-06d2fc91ec64.jpg 190.24 KB6e70dd5f-dcdf-4884-9f81-16009cedd828.jpg 185.34 KB3ffeef50-f9d5-4b6c-aabe-ef72a40d3ea0.jpg 157.04 KB
26.02.2024
Ağcabədinin 2 ilk həmkarlar ittifaqına yeni sədrlər seçilib
ATİAHİ Ağcabədi rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları davam edir. Yığıncaqlarda gender bərabərliyi qorunur, gənc, bacarıqlı və fəal ittifaq üzvləri daha çox səs toplayaraq ittifaq sədri seçilir.Belə ki, Ağcabədi şəhər 9 №-li məktəbdə Rüxsarə Xəlilova və Hindarx qəsəbə 1 №-li tam orta məktəbdə Lalə Allahverdiyeva səsvermə yolu ilə ittifaq sədri olublar.Hər iki hesabat-seçki yığıncağında ittifaq üzvüləri yeni sədrlərə fəaliyyətlərində uğurlar arzulayıblarİttifaq üzvləri həmçinin bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində aktiv iştirak edəcəklərini, etibarlı, sınanmış, dövlətimizin həyatında böyük xidmətləri olan, xalqımızı müzəfər etmiş, hər zaman həmkarlar ittifaqlarına dəstək verən namizədə səs verəcəkləri qətiyyətlə ifadə ediblər.effb489a-c04c-46cf-a7c2-d0857ad58da9.jpg 169.28 KBda1a33d3-f137-4bca-a073-7bca80c38844.jpg 226.33 KB5d9d08f3-05d4-468d-b63a-d8600d31ce30.jpg 204.82 KB1c53a88b-bbd3-472e-9b23-9912b3b22c59.jpg 180.68 KB
31.01.2024
“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB
15.01.2024
Bizimlə əlaqə