ATİAHİ Ağcabədi rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları davam edir. Yığıncaqlarda gender bərabərliyi qorunur, gənc, bacarıqlı və fəal ittifaq üzvləri daha çox səs toplayaraq ittifaq sədri seçilir.
Belə ki, Ağcabədi şəhər 9 №-li məktəbdə Rüxsarə Xəlilova və Hindarx qəsəbə 1 №-li tam orta məktəbdə Lalə Allahverdiyeva səsvermə yolu ilə ittifaq sədri olublar.
Hər iki hesabat-seçki yığıncağında ittifaq üzvüləri yeni sədrlərə fəaliyyətlərində uğurlar arzulayıblar
İttifaq üzvləri həmçinin bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində aktiv iştirak edəcəklərini, etibarlı, sınanmış, dövlətimizin həyatında böyük xidmətləri olan, xalqımızı müzəfər etmiş, hər zaman həmkarlar ittifaqlarına dəstək verən namizədə səs verəcəkləri qətiyyətlə ifadə ediblər.