Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyevanın təşkilatçılığı ilə 20 yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Vətən şəhidlərini heç vaxt unutmayacaq” adlı tədbir keçirilib. İlk öncə Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə şəhidlərin ruhunu yad ediblər. Tədbirdə torpaqlarımızın azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin 20 yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsi yad edilib. Arzu Niftalıyeva çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. 20 yanvar hadisələri göstərdi ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizəyə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo