Ağcabədidə Müstəqillik Günü münasibətilə təhsil işçiləri mükafatlandırılıb

28 May - Müstəqillik Günü münasibətilə ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə bir sıra silsilə tədbirlər keçirilib.
Belə tədbirlərdən biri rayonun Q.Əliyev adına Hindarx qəsəbə 3 №-li ümum orta məktəbdə baş tutub. 
Belə ki, məktəbin həmkarlar təşkilatının üzvüləri - Qəndaf İsmayılova və İlahə Nağıyeva gənc nəslin təlim-tərbiyəsindəki uğurlarına və ictimai-siyasi fəaliyyətlərinə görə, rayon komitəsi tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo