Ağcabədidə “Qəhrəman təhsil işçiləri“ kitabının təqdimatı keçirilib
Ağcabədi rayon məktəblərinin ibtidai siniflərində ATİAHİ Respublika Komitəsi tərəfindən hazırlanmış “Qəhrəman təhsil işçiləri“ kitabının təqdimatı olub.
ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimatda kitabın hazırlanmasının əhəmiyyətindən, orada qeyd olunan təhsil işçilərinin Vətən müharibəsində göstərdikləri rəşadətdən, örnək dolu döyüş yolundan bəhs olunub. Rayonun 3 №-li məktəb-liseyinin müəllimi İlhamə Məmmədova İkinci Qarabağ müharibəsində təhsil işçilərinin qəhrəmanlıqlarından söz açaraq onların təbliğinin zəruriliyinə toxunub. Bildirib ki, bu baxımdan “Qəhrəman təhsil işçiləri“ kitabı dəyərli vəsaitdir və kitabda müharibədə iştirak etmiş ölkəmizin bütün təhsil işçiləri haqqında məlumat verilib.
Mərasimdə məktəb-liseyinin ibtidai sinif şagirdləri vətənpərvərlik haqqında şeirlər səsləndiriblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo