Ağcabədidə təhsil işçisi “İlin peşəkar gənci” adına layiq görülüb

 
Mayın 11-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə “İlin peşəkar gənci” adına layiq görülmüş Ağcabədi şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Elgün Həsənova da diplom və döş nişanı təqdim edilib.
Qeyd edək ki, E.Həsənov Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayilılın azad olunmasına görə”, “Qubadlının  azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo