ATİAHİ Ağcabədi rayon komitəsinin əməkdaşları uzun illər rayonun 1 №-li məktəbinin direktoru olmuş təqaüdçü Səadət Kazımovanı evində ziyarət ediblər.
Söhbət zamanı Səadət xanımın pedaqoji fəaliyyətindən, məktəb direktoru işlədiyi vaxtlar təhsil sahəsində gördüyü işlərdən, yetirmələrinin uğurlarından danışılıb.
Səadət xanım həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib və onu xatırladıqları üçün təşəkkür edib.
Qeyd edək ki, uzun illər Ağcabədi rayon 1 №-li məktəbə rəhbərlik edən S.Kazımova həm də rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olub. O, məktəbdə Yeni Azərbaycan Partiyasının sədri, həmkarlar ittifaqının fəal üzvü olub, iclaslarında və digər tədbirlərində yaxından iştirak edib. Dəfələrlə rayon komitəsi tərəfindən fəxri fərmanlarla təltif edilib.