Ağcabədidə Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib
Ağcabədi şəhər 6 №li tam orta məktəbdə 2016-cı il Aprel döyüşlərinə həsr edilən tədbir keçirilib.
ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Məktəbin direktoru Nərminə Əkbərova  qələbəyə gedən yolda Aprel döyüşlərinin əhəmiyyətindən, Ordumuzun qəhrəmanlığından danışıb.
 
Sonra məktəbin hərbi müəllimi ehtiyatda olan polkovnik-leytenat Rövşən Quluyev Azərbaycan Ordusun qüdrətindən, Vətən müharibəsində rəşadətindən, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən bəhs edib. Bildirib ki, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi bütün dünyaya həmçinin Azərbaycan xalqının iradəsini nümayiş etdirdi.
 
Daha sonra tədbirdə I Qarabağ müharibəsinin iştirakçıları, rayon məktəblərinin hərbi müəllimləri çıxış ediblər. Sonda ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olundu.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo