Ağcabədi rayon komitəsində AHİK-in 30 illiyi ilə bağlı tədbir keçirilib

 
ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illik yubileyi ilə əlaqədar təqaüdə çıxan təhsil işçiləri ilə görüş keçirilib.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə ölkəmizdə müəllim peşəsinə olan maraqdan, dövlətin təhsil sahəsinə diqqət və qayğısından, təqaüdçülərin üzunmüddətli səmərəli və peşəkar fəaliyyətindən danışılıb. Bildirilib ki, rayon təhsilinin inkişafında və gənc nəslin yetişməsində onların xidməti danılmazdır.
AHİK-in yaranmasının 30 illiyi ilə bağlı çıxışlarda qurumun yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, həmkarlar ittifaqlarının sıralarının genişlənməsində və ittifaq üzvlərinin əmək hüquqlarının qorunmasında gördüyü işlərdən bəhs edilib.
Sonda Ağcabədi rayon komitəsi AHİK-in yaranmasının 30 illik yubileyi ilə əlaqədar təqaüdçü müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo