Gənclər Günü münasibətilə gənc müəllimlərlə görüşü təşkil edildi
ATİAHİ Ağcabədi rayon komitəsi  bu gün 2 fevral Gənclər Günü münasibətilə Ağcabədi rayon H. Məmmədov adına Qaradolaq kənd 1 saylı tam orta məktəbində gənc müəllimlərlə görüşü təşkil edildi. Görüş H. Məmmədov adına Qaradolaq kənd 1 saylı tam orta məktəbində yaradılmış “Zəfər günü” müzeyindən  tanışlıqla başladı.  Vətən uğrunda şəhid  olmuş gənclərin xatirəsi 1 dəqiqəlik sukutla yad edildi.
Şəhid anası Məmmədova Təranə  Böyükkişi qızı Şəhid olmuş övladı Məmmədov Hamlet Məmməd oğlunun  xatirələrində danışdı.
“Zəfər günü” müzeyinin yaradılmasında zəhməti olan Qədimalıyeva Xəzəngül Valeh qızı müzeydə olan əşyalardan ermənilərin  kəndə atdıqları raket silahlardan ,   HT üzvülərini tanış etdi.
Görüşdə məktəbin HT sədri  Məmmədov Rəfail Niyaz oğlu gənclər günü münasibətilə   müəllimləri təbrik etdi , HT –nın fəliyyəti görülmüş işlər haqqında məktəb HT üzvülərinə və qonaqlara məlumat verildi. 
H.Məmmədov adına  Qaradolaq kənd tam orta məktəbin HT sədri R.Məmmədov  2021-2022-ci il tədris ilində  gənc nəslin təlim-tərbiyyəsindəki nailiyyətləri  və ictimai-siyasi   fəaliyyətinə  görə , 02 fevral Gənclər günü münasibətilə Abbasov Abbas Şəmil oğlu, Qədimalıyeva Xəzəngül Valeh qızı, Məmmədova Təranə  Böyükkişi qızı, Məmmədov Rəfail Niyaz oğlu, İbrahimova Yasəmən Paşa  qızı ,Abışova Züleyxa Məmməd qızı ATİAHİ Ağcabədi rayon komitəsinin  Fəxri Fərmanla təltif edildilər . 

Bizimlə əlaqə

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo