Ağcabədidə şəhid anası ziyarət olunub


ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri şəhər 1 saylı tam orta məktəbin müəllimi, şəhid anası Xanım Mehdiyevaya baş çəkiblər. 

Qeyd edək ki, onun oğlu Akif Abbasov 2020-ci ilin yanvar ayında Tovuz rayonunun Ağdam kəndində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonda “Azərbaycan Respublikasının Qarabağ uğrunda” medalı ilə təltif olunub. Məzarı Ağcabədi rayonundakı Şəhidlər xiyabanındadır.

Görüş zamanı Xanım müəllim oğlunun uşaqlığından, vətənpərvərliyindən, davranışlarından söz açıb, Akiflə bağlı xatirələrini bölüşüb.

İttifaq üzvləri qeyd ediblər ki, xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmur,  xatirəsini əziz tutur. Akif kimi oğullarımız da hər zaman xalqımızın qəlbində yaşayacaq. Sonra ittifaq üzvləri şəhidin xatirə şəkillərinə baxıb və şəxsi əşyaları ilə tanış olublar. Akifin geyimləri arasında şəhid general Polad Həşimovun ona hədiyyə etdiyi hərbi forma daha çox diqqət çəkib.

Sonda şəhid anasına müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo