Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib
Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. 

Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo