Ağcabədi rayon komitəsi AHİK-in 30 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirak edir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30 illik yubileyi ilə əlaqədar respublikamızın müxtəlif bölgələrində tədbirlər keçirilir, AHİK-in yaranmasından, Azərbaycanın həmkarlar ittifaqlarının inkişafında rolundan, gördüyü işlərdən, cəmiyyətimizin tərəqqisində xidmətlərindən, həmçinin AHİK-ə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən geniş söz açılır. Bu məqsədlə Gəncə şəhərində keçirilən “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransında ATİAHİ Ağcabədi rayon komitəsi fəal təmsil olunub. Tədbirdə komitənin təşəbüsü ilə rayonun Qaravəlli kənd tam orta məktəbinin həmkarlar komitəsinin sədri Əli Sadıqov və Hindarx qəsəbə 3 №-li ümüm orta məktəbin həmkarlar komitəsinin sədri Minarə Əliyeva AHİK-in 30 illik yubileyi ilə əlaqədar fəxri fərmanla təltif olunublar.


Qeyd edək ki, ölkəmizdə həmkarlar ittifaqının formalaşmasında və inkişafında ATİAHİ Ağcabədi rayon komitəsinin xidmətləri danılmazdır. Komitə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirərək təhsil işçilərinin əmək hüquqlarının qorunmasında fəallıq göstərib. Belə ki, işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi, ittifaq üzvülərinin istirahətlərinin səmərəli təşkil edilməsi, müharibə iştirakçıları, şəhid ailələri və onların övladları ilə görüşlərin təşkil edilməsi istiqamətində səylə çalışıb. İttifaq üzvülərinin gənc nəsili təlim tərbiyəsindəki pedaqoji naliyyətləri, gənclərin ictimai-siyası fəaliyyətləri, arzu və istəkləri  haqqda semnarlar və görüşlər təşkil edilib. Komitə səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo