Ağcabədidə Müəllimlər Günü qeyd olunub


ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Həmçinin iştirakçılar rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bundan başqa, Müəllimlər Günü ilə əlaqədar qabaqcıl təhsil işçiləri, təhsil işçisi olan şəhid ailələri və rayon ziyalıları ilə görüş təşkil olunub. Tədbirdə müəllimlərin gənc nəslin yetişməsində, milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, elmi biliklərə yiyələnməsində xidmətlərindən danışılıb.

Sonda müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub. 

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo