Samirə Nəsirova 1980-ci ildə Ağcabədi rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə yüksək balla qəbul olub. 2002-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirərək rayonun M.Əsədov adına 5 №-li, 2003-cü ildə isə Ə.Alıyev adına şəhər 12 №-li orta məktəblərində ixtisası üzrə müəllim işləməyə başlayıb. O müəllimlik fəaliyyətini davam etdirməklə bərabər, həm də işlədiyi bütün sahələrdə özünü nümunəvi, bacarıqlı, səriştəli, təşəbbüskar, təşkilatçı bir kadr kimi göstərərək kollektivdə, həmçinin pedaqoji ictimaiyyət arasında böyük nüfuz qazanıb.
Elmi-nəzəri, metodiki cəhətdən zəngin bilik və bacarığını nəzərə alaraq Ağcabədi rayon Təhsil sektorunda riyaziyyat-informatika ixtisası üzrə metodist təyin edilib. O, məktəblərdə pedaqoji, metodiki işlərin yüksək səviyyədə təşkil olunmasında, habelə gənc müəllimlərə pedaqoji köməklik göstərilməsində bilavasitə böyük təşəbbüslər, səylər göstərir. Onların yaxşı bir müəllim kimi yetişməsində öz bilik və bacarığını əsirgəməyir. Məhz bunlara görə onun əməyi təşkilatlar tərəfindən ayrı-ayrı vaxtlarda yüksək qiymətləndirilərək fəxri fərmanlarla təltif olunub.
Samirə Nəsirova pedaqoji sahədə olduğu kimi rayonun ictimai-siyası həyatında da fəal iştirak edir. O eyni zamanda Ulu Öndərimiz Heydər Əliyevin ölməz ideyalarına sadiq qalaraq möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi xəttini təbliğ edir. S.Nəsirova 2016-2017-ci illərdə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsində yüksək nəticə əldə edib. 2014-cü ildən indiyə kimi Ağcabədi rayonunda Dövlət İmtihan Mərkəzində əlaqələndirici və imtahan rəhbəri vəzifəsini icra edir. 2021-ci ilin sentyabr, oktyabr aylarında təlimə dəstək mərkəzi ilə Beynəlxalq Qızılxaç Komitəsinin birgə layihəsi əsasında cəbhəyanı bölgələrdə 2-ci Qarabağ müharibəsində psixoloji sarsıntı keçirmiş şəxslərə böyük dəstək göstərib. Buna görə də həmin təşkilat onun əməyini fəxri fərmanla qiymətləndirib. İl boyu həmkarlar təşkilatında tədbirlərin təşkilatçısı olmaqla yanaşı, Qarabağ müharibəsinin iştirakçıları, şəhid anaları, şəhidlərin ailə üzvlərilə görüşlərdə fəallıq göstərir.
İstər təhsil sahəsində, istərsə də həmkarlar ittifaqlarının həyatında uzun illər əzində səmərəli fəaliyyət göstərdiyinə görə, ATİAHİ Respublika Komitəsinin “döş nişanı” və ATİAHİ Respublika komitəsinin fəxri fərmanı ilə təltif edilib.