Ağcabədi rayon komitəsində şəhid ailələri ilə görüş keçirilib


ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri, I və II Qarabağ müharibəsi iştirakçıları, həmçinin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Öncə Vətən uğrunda canıdan keçən oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid valideynləri, həyat yoldaşları, təqaüdə olan həmkarlar ittifaqlarının fəxri üzvləri, o cümlədən Əməkdar müəllim Zəhra İbrahimova, II Qarabağ müharibəsinin iştirakçısı Mahir Bağırlı çıxış edib, bayram münasibətilə təbriklərini çatdırıblar. Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, bunun üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Sonda tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo