Ağcabədidə şəhidlərimiz anılıb
ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 27 sentyabr - Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Belə ki, Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri ilə görüşlər təşkil edilib, rayonun Şəhidlər xiyabanı ziyarət olunub. Həmçinin komitənin təşkilatçılığı ilə şəhər 1 nömrəli məktəbdə müharibə veteranları və şəhid ailələrinin şagirdlərlə görüşü baş tutub. Görüşdə Vətən müharibəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından və onların döyüş yolundan danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib. Eləcə də tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo