Ağcabədi şəhər 6 №-li və 12 №-li tam orta məktəblərdə ölkəmizdə ekoloji vəziyyət, ətraf mühütün qorunmasının zəruriliyi, təbiətin mühafizəsinə həsr edilmiş tədbir keçirilib.
Müəllim və şagirdlərin iştirak etdiyi tədbirlərdə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Azərbaycan torpaqlarında ekoloji vəziyyətin narahatlıq doğurduğu vurğulanıb.
Bildirilib ki, bu məqsədlə vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir və hər birimiz bu aksiyanı dəstəkləyirik. Çünki həmin ərazilərdə olan təbii sərvətlərimiz talan olunur, təbiətə ciddi ziyan dəyir.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, əllərində “Ekoloji terrora son” yazılmış plakatlar tutan şagirdlər aksiyaçılara dəstəklərini nümayiş etdiriblər.