Ağcabədi şəhər 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Tahirə Qasımovanın pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub.
Tədbirdə məktəbin rəhbərliyi və kollektivi, rayonun tanınmış ziyalıları iştirak ediblər.
Çıxış edənlər Tahirə müəllimin səmərəli və nümunəvi pedaqoji fəaliyyətindən, müəllim-şagird münasibətlərini peşəkar səviyyədə qurmasından, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlarından bəhs ediblər. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı, gənclərimizin müasir elmi biliklərə yiyələnməsi, onların vətənpərvər ruhda tərbiyə olunması məhz Tahirə xanım kimi pedaqoqların xidmətidir. Tədbirdə iştirak edən ATİAHİ Ağcabədi rayon komitəsinin əməkdaşları T.Qasımovanı təbrik edib, ona həmkarlar ittifaqları adından Fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.