Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Ağcabədidə tədbir keçirilib

ATİAHİ RK Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə rayonun 8 saylı körpələr evi-uşaq bağcasının kollektivi və uşaqları ilə görüş keçirilib.
 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil olunan tədbirdə iştirakçılar uşaqları təbrik edərək bu gün ölkəmizdə onların sağlam, hərtərəfli inkişaf etmiş, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldığı barədə söz açıb, uşaqlara sağlam həyat və xoşbəxt gələcək arzulayıblar.
Vurğulanıb ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, uşaqların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Körpələr evi-uşaq bağcasının rəhbərliyi təşkil olunan tədbirə görə, rayon komitəsinə təşəkkür edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo