ATİAHİ Ağcabədi rayon komitəsi təhsil müəssisələrində texniki işçilərin əməyinin qiymətləndirilməsi, səmərəli fəaliyyəti, təşkilati bacarıqları ilə böyük hörmət qazanmış həmkarlar təşkilatının üzvləri ilə daim maraqlanır, onlara maddi və mənəvi dəstək olur. Ənənənin davamı olaraq H.Məmmədov adına Rəncbərlər kənd tam orta məktəbində təsərrüfat işləri üzrə müdir işləmiş Fəqani Hacıyev ilə görüş təşkil edilib. Görüşdə komitənin əməkdaşları onun səhhəti və qayğıları ilə maraqlanıb, uzun illər ittifaqdakı fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd edək ki, Fəqani müəllimin 2023-cü ilin yanvar ayından yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib. O, Ağcabədi rayon komitəsinin bütün tədbirlərində yaxından iştirak edib, fəal ittifaq üzvü olub.