Ağcabədidə
 


ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə "Qəhrəman təhsil işçiləri" kitabının təqdimatı olub.

Mərasimdə I və II Qarabağ müharibəsi iştirakçıları, şagirdlər, rayonun idmançı yeniyetmələri və təhsil işçiləri iştirak ediblər. Rayon komitəsinin nümayəndələri kitab haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, kitabda Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri haqqında ətraflı məlumat verilir.

Komitənin sədri Arzu Niftalıyeva çıxışında qeyd edib ki, bu kitabın sayəsində şagirdlərimiz qəhrəman müəllimlərimizi tanıyacaq və onlarla həmişə qürur duyacaqlar. Vurğulanıb ki, kitab həmçinin gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün qiymətli vəsaitdir. Digər çıxış edənlər kitabın əhəmiyyətindən, qəhrəman təhsil işçilərinin təbliği baxımdan dəyərindən bəhs edib və kitabı hazırlayanlara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo