ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid ailələrinin övladları ziyarət olunub.
Ağcabədinin Hindarx qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin ailəsinə baş çəkilib, onun yeni doğulmuş qardaşına hədiyyələr təqdim olunub.
Komitənin əməkdaşları həmçinin şəhid Anar Cəfərovun ailəsində olublar, iki azyaşlı övladı ilə görüşüb, bayramlarını təbrik edib müxtəlif hədiyyələr veriblər.
Görüşlərdə bildirilib ki, ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaradılıb, hüquqlarının qorunması dövlətimizin əsas vəzifələrdən biri hesab olunur. Qeyd olunub ki, bu gün körpə soydaşlarımız xoşbəxt və əmin-amanlıq içərisində yaşayırlar.
Şəhid ailələri göstərilən diqqətə görə təşkilatçılara təşəkkür ediblər.