Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrinə qayğı göstərməyi, maddi və mənəvi dəstək olmağı özünün müqəddəs borcu hesab edir və hər zaman onlara xüsusi diqqətlə yanaşır.
Ənənənin davamı olaraq sentyabrın 5-də ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhid olmuş Taryel Atayevin və Gülalı Qəhrəmanovun övladları ilə görüş təşkil olunub.
Görüşdə qəhrəman şəhidlərimizin döyüş yolundan və tarixi qələbədən danışılıb.
Hər iki şəhidin övladlarına yeni tədris ilinin başlaması ilə əlaqədər dərs kitabları, məktəb ləvazimatları, çanta və digər məktəbli əşyaları təqdim edilib.
Sonda şəhidlərin məzarı ziyarət olunub.