Ağcabədidə 5 Oktyabr - Müəllimlər Günü qeyd olunub


ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirə məktəb müəllimləri dəvət olunub.

Çıxış edənlər müəllimlərin ölkə təhsilinin inkişafında rolundan, dünya təhsil sisteminə inteqrasiyasında, gənclərin göstəricilərinin yüksəlməsində xidmətlərindən, həmçinin onlara dövlət qayğısından danışıblar. Bildirilib ki, cəmiyyətimizdə müəllimlərə göstərilən ali münasibət bu peşəyə yiyələnənlərin sayını durmadan artırır. Eləcə də son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar müəllimlərin sosial durumunu daha da yaxşılaşdırıb. Onlara olan münasibətdən və göstərlilən diqqətdən razılıqlarını ifadə edən müəllimlər bundan sonra da gənclərin təlim-tərbiyəsi naminə səylə çalışacaqlarını qeyd ediblər.

Sonda tədbirdə iştirak edən müəllimlərə hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo