Ağcabədidə qadın təhsil işçilərinin iştirakı ilə “Qadın gülərsə” adlı tədbir keçirilib


ATİAHİ Ağcabədi rayon komitəsi tərəfində “Qadın gülərsə” adlı tədbir keçirilib. Tədbirdə rayonun qadın təhsil işçiləri iştirak ediblər. Süfrə arxasında təşkil olunan görüşdə Azərbaycanda qadın hüquqlarının qorunmasından, təbliğ olunmasından, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakından danışıblar. Bildirilib ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Sonda iştirakçılara rayon komitəsi tərəfindən hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo