ATİAHİ Ağcabədi rayon komitəsinin sədri regional tədbirdə iştirak edib


İyunun 29-da Bərdə şəhərində Qarabağ Regional Təhsil İdarəsi tərəfindən ATİAHİ Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon komitələrinin sədrləri ilə görüş keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov ölkəmizin təhsil siyasətindən, bu istiqamətdə görülən işlərdən, davamlı olaraq aparılan islahatlardan danışıb, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncamları xatırladıb.
Sonra o, qarşıda duran vəzifələrdən bəhs edib və komitə sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo