Ağcəbədidə qalib müəssisələr mükafatlandırılıb

ATİAHİ Ağcəbədi rayon komitəsində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Komitə tərəfindən qaliblərə fəxri fərmanlar təqdim olunub.
Bildirilib ki, qalib müəssisələr kollektiv müqavilənin şərtlərinə məsuliyyətlə yanaşıb, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradıblar.
Qalib müəssisələrin rəhbərləri onların işinə verilən yüksək qiymətə görə, həmkarlar ittifaqlarına təşəkkür edib və bundan sonra da işçilərin əmək hüquqlarına hörmətlə yanaşacaqlarını, onların normal şəraitdə çalışmaları üçün bütün zəruri şərati yaradacaqlarını qeyd ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo