Ağcabədidə şəhid məzarı ziyarət olunub

    Sentyabrın 22-də ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri bu il sentyabırın 13-14-də Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi hərbi təxribatların qarşısını alarkən şəhid olmuş Ağcabədi şəhər  sakini Emin Fərzəliyevin məzarını ziyarət ediblər.
Şəhidin məzarı üstünə əklil qoyulub və gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Bununla yanaşı, ittifaq üzvləri həmçinin rayonun şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü üğrunda həlak olmuş digər qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib üzərinə güllər düzüblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo