Ağcabədidə “İlin Peşəkar Gənci” müsabiqəsinin  iştirakçısı ilə görüş keçirilib

“Təhsildə  və ictimai həyatda qazandığı uğurlara” və “İlin peşəkar gənci” müsabiqəsində fəal iştirakına görə, Ağcabədi şəhər 1 №li tam orta məktəbin fiziki tərbiyə müəllimi Elgün Həsənov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinin (ATİAHİ RK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən Fəxr fərmanla təltif edilib.
Bu münasibətlə ATİAHİ Ağcabədi rayon komitəsi t ərəfindən Elgün Həsənovla görüş keçirilib. Görüşdə E.Həsənovun təhsil sahəsində səmərəli fəaliyyətindən danışılıb. Bildirilib ki, o, Vətən müharibəsində göstərdiyi igidliyə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsində xidmətlərinə görə” medalları ilə təltif edilib. Qeyd olunub ki, bundan başqa, E.Həsənov dəfələrlə təhsildə və ictimai həyatda qazandığı üğurlara görə, ATİAHİ Ağcabədi rayon komitəsinin mükafatlarına layıq görülüb. Resbublika üzrə kecirilən boks üzrə yarışların qalibi olub.
Sonda ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən E.Həsənova müxtəlif qiymətli hədiyyələr təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo