ATİAHİ Ağcabədi rayon komitəsi ittifaq üzvlərinin sağlamlıqlarının qorunmasına, istirahətlərinin səmərəli keçirilməsinə xüsusi qayğı ilə yanaşır, onlara sanatoriya və istirahət evlərinə getmələri üçün yolayışlar verir.
Bu məsələdə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri də diqqətdə saxlanılır. Belə ki, şəhid Ömər Rəhimlinin ailəsinin Nabran qəsəbəsində istirahəti təmin edilib. Həmçinin müharibə iştirakçılarının - Orxan Əhmədovun, Ədalət Fərhadovun, Mahir Bağırovun və Seyhun Qasımovun müalicə və istirahəti təşkil edilib.