Ağcabədi məktəbində Novruz şənliyi keçirilib

Ağcabədi məktəbində Novruz şənliyi keçirilib

 Ağcabədi rayonunun Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbində Novruz şənliyi keçirilib.Tədbirdə iştirak edən ATİAHİ Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva məktəbin rəhbərliyini və kollektivini bayram münasibətilə təbrik edib və bildirib ki, Novruz əsrlərin qaynaqlarından süzülüb gələn, yaddaşlarda kök salan qədim bir el bayramıdır. Tarixən bu bayram xalqımız tərəfindən böyük təmtaraqla qeyd olunub. Bu gün də Novruz xalqımızın ən əziz bayramıdır və xoşbəxtik ki, bayram tonqalını işğaldan azad edilmiş ərazilərimizdə də keçiririk.Tədbirdə digər çıxışlar da dinlənilib, təbriklər səslənib. Həmçinin tədbir bayram şənliyi ilə davam edib. Sonda məktəbin bir neçə qabaqcıl müəllimi rayon komitəsi tərəfindən mükafatlandırılıb.Bundan başqa, komitənin sədri Arzu Niftalıyeva, məktəbin rəhbərliyi və ittifaq üzvləri Salmanbəyli kəndində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş Samir Mikayıllının ailəsi ilə görüşüblər.Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Müəllimlər isə şəhidin məktəb illərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Şəhidin ailəsinə bayram sovqatları verilib. Göstərilən diqqət və qayğıya görə, Samirin ailəsi gələn qonaqlara təşəkkür ediblər.242d4a9a-8bce-4a8e-bb3a-8eb459ddc8d9.jpg 221.37 KB82ade051-2d27-42f9-97d9-98aa812c96c7.jpg 316.07 KB4b8ac6f4-3eee-4b52-bc89-19d51d984b58.jpg 260.04 KB04a54148-a9a7-40ab-81cc-8eb49a9c82f5.jpg 95.52 KB0e0af188-24d7-4997-ada8-0eada3f7f54e.jpg 221.63 KB

27.03.2024

Ağcabədi rayon komitəsi hesabat ilini böyük uğularla başa vurub

Ağcabədi rayon komitəsi hesabat ilini böyük uğularla başa vurub

ATİAHİ Ağcabədi rayon komitəsi üzvlərinin sosial və əmək münasibətlərinin qorunması, işçilərin qanuni mənafelərinin müsdafiəsi istiqamətində fəal iş aparır.İl boyu müharibə iştirakçıları, şəhid ailələri və onların övladları ilə görüşlər təşkil edilib, təhsil müəssisələrində çalışan müharibə iştirakçıları və şəhid ailə üzvlərinin hər birinə həssaslıqla yanaşılıb.  Tədris müəssisələrində işçilərin işə qəbulu edilməsi, onlarla əmək müqaviləsinin  bağlanması və xitam verilməsi işlərinə nəzarət təşkil edilib. Respublika Komitəsinin təşkil etdiyi “İlin peşəkar gənci”, ”Sağlam və təhlütəsiz əmək şəraiti” adlı baxış müsabiqələrində Ağcabədi rayon komitəsinin üzvləri də qalib olmuşlar. Bunlardan Hacıbədəli kənd tam orta məktəbi, Taleh Əliyev adına Xocəvənd kənd tam orta məktəbi və İbrahimov adına şəhər 8 saylı tam orta məktəbi qeyd edə bilərik. Xatırladaq ki, Hindarx qəsəbə 1 №-li tam orta məktəbin informatika müəllimi Dəyanət Fərzəliyev “İlin peşəkar gənci” adlı baxış müsabiqəsinin ilk qaliblərindən  biri olub. Şəhər 1 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi, II Qarabağ müharibəsinin iştirakçısı Elgün Həsənov da müsabiqədən qalib olaraq ayrılıb.Rayon komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər təşkil edilib. İttifaq üzvüləri ilə görüşlər, müəllimlər arasında şahmat yarışları keçirilib. Respublikanın idman yarışlarında uğur qazanmış rayonun şahmat və idman məktəblərinin yetirmələrinin Ağ göl milli parkına gəzintisi təşkil olunub.Yüksək mənəvi-əxlaqi keyfiyyətləri, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllimlər, daim hörmətlə xatırlanır. Təqaüddə olan müəllimlərlə  görüşlər təşkil edilir. Məktəblərdə vətənpərvərlik  ruhunun təbliği istiqamətində görüşlərin təşkili il boyu davam etdirilib. Qarabağ müharibəsinin iştirakçısı, göstərdiyi qəhrəmanlığa görə ön cəbhədə Ulu Öndər Heydər Əliyev tərəfində yüksək hərbi rütbəyə layiq görümlüş Şənlik kənd tam orta məktəbin direktoru Tahir Məmmədov və onun silahdaşları, eləcə də Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla məktəb kollektivinin görüşü baş tutub. AHİK-in yaranmasının 30 illik yubileyi ilə əlaqədar rayon komitəsinin təşəbüsü ilə həmkarlar ittifaqlarında uzun müddət səmərəli fəaliyyətlərinə görə şəhər 11 №-li məktəbin, Qaravəlli kənd tam orta məktəbin, Hindarx qəsəbə 3 №-li ümum orta məktəbin ilk həmkarlar ittifaqı sədrlərinə, həmçinin 3 №-li məktəb-liseyin 140 illik yubleyi  münasibətilə  3 müəllimə Respublika Komitəsinin döş nişanı və fəxri fərmanı verilib.Mədəni-kütləvi  tədbirlərin təşkili,  içtimai işlərdə fəallığı və pedaqoji nailiyyətlərinə  görə ittifaq üzvləri ilə görüşlər olub.Qeyd edək ki, Ağcabədi rayon komitəsi bundan sonra da ittifaq üzvlərinin əmək hüquqlarının qorunması istiqamətində səylə çalışacaq, öz funksiya və vəzifələrinə ləyaqətlə və məsuliyyətlə yanaşacaq. 99e8b369-79b1-4dab-ac97-80d9fccc911d.jpg 126.57 KBad405f13-44a7-4f8c-a800-6843a19d3ee7.jpg 131.01 KBd540233b-696c-42db-9b59-00530794a675.jpg 149.47 KBf5e05fd8-b219-4b4d-b5aa-ffb5dc50d44a.jpg 150.57 KB9cfb63b3-d5ac-4b6b-9f94-26256dba2388.jpg 168.14 KB8a3b097c-df33-49eb-9950-06d2fc91ec64.jpg 190.24 KB6e70dd5f-dcdf-4884-9f81-16009cedd828.jpg 185.34 KB3ffeef50-f9d5-4b6c-aabe-ef72a40d3ea0.jpg 157.04 KB

26.02.2024

Ağcabədinin 2 ilk həmkarlar ittifaqına yeni sədrlər seçilib

Ağcabədinin 2 ilk həmkarlar ittifaqına yeni sədrlər seçilib

ATİAHİ Ağcabədi rayon komitəsinə aid ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları davam edir. Yığıncaqlarda gender bərabərliyi qorunur, gənc, bacarıqlı və fəal ittifaq üzvləri daha çox səs toplayaraq ittifaq sədri seçilir.Belə ki, Ağcabədi şəhər 9 №-li məktəbdə Rüxsarə Xəlilova və Hindarx qəsəbə 1 №-li tam orta məktəbdə Lalə Allahverdiyeva səsvermə yolu ilə ittifaq sədri olublar.Hər iki hesabat-seçki yığıncağında ittifaq üzvüləri yeni sədrlərə fəaliyyətlərində uğurlar arzulayıblarİttifaq üzvləri həmçinin bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində aktiv iştirak edəcəklərini, etibarlı, sınanmış, dövlətimizin həyatında böyük xidmətləri olan, xalqımızı müzəfər etmiş, hər zaman həmkarlar ittifaqlarına dəstək verən namizədə səs verəcəkləri qətiyyətlə ifadə ediblər.effb489a-c04c-46cf-a7c2-d0857ad58da9.jpg 169.28 KBda1a33d3-f137-4bca-a073-7bca80c38844.jpg 226.33 KB5d9d08f3-05d4-468d-b63a-d8600d31ce30.jpg 204.82 KB1c53a88b-bbd3-472e-9b23-9912b3b22c59.jpg 180.68 KB

31.01.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Ağcabədidə şagirdlər “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndiriliblər

Ağcabədidə şagirdlər “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndiriliblər

 ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən şagirdlərin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Psixoloqlar və müəllimlər bütün dünyanın ən ağrılı probleminə çevrilən və “ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.Bildirilib ki, bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Vaxtilə işğala məruz qalmış Qarabağ və ətraf ərazilərdə də xeyli sayda narkotik laboratoriyalar fəaliyyət göstərmişdi. Düşmən silahlı münaqişə nəticəsində nəzarətsiz qalmış Azərbaycan ərazilərindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə etmiş, hər il dünya bazarlarına on tonlarla narkotik maddələr çıxarılmışdı.Vurğulanıb ki, ölkəmiz narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atır. Narkomaniyanın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə silsilə tədbirlər - gənclərə maarifləndirici buklet və broşurlar kimi zəruri təbliğat materiallarının paylanılması, antireklam lövhələrin asılması, məktəblərdə bu mövzuda şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil olunması, bu sahə üzrə ixtisaslı, səlahiyyətli şəxsləri cəlb etməklə gəncləri maraqlandıran suallar ətrafında geniş diskussiyaların aparılması kimi fəaliyyətlər həyata keçirilir. Qeyd olunub ki, gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, bu bəlaya – narkomaniyaya “YOX” deyək. Sonda məktəblilərin sualları cavablandırılıb, fikirləri dinlənilib.e91643be-b018-41d6-a3c0-78b610aab7e6.jpg 130.56 KB7f3b89f3-be92-4a8f-b31f-2708dd25501d.jpg 225.7 KB

07.12.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Ağcabədidə 5 Oktyabr - Müəllimlər Günü qeyd olunub

Ağcabədidə 5 Oktyabr - Müəllimlər Günü qeyd olunub

ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirə məktəb müəllimləri dəvət olunub.Çıxış edənlər müəllimlərin ölkə təhsilinin inkişafında rolundan, dünya təhsil sisteminə inteqrasiyasında, gənclərin göstəricilərinin yüksəlməsində xidmətlərindən, həmçinin onlara dövlət qayğısından danışıblar. Bildirilib ki, cəmiyyətimizdə müəllimlərə göstərilən ali münasibət bu peşəyə yiyələnənlərin sayını durmadan artırır. Eləcə də son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar müəllimlərin sosial durumunu daha da yaxşılaşdırıb. Onlara olan münasibətdən və göstərlilən diqqətdən razılıqlarını ifadə edən müəllimlər bundan sonra da gənclərin təlim-tərbiyəsi naminə səylə çalışacaqlarını qeyd ediblər.Sonda tədbirdə iştirak edən müəllimlərə hədiyyələr verilib.3ed909ad-2238-4ad7-943a-6aaf2df5d187.jpg 245.39 KB0c2d0268-5a13-4b15-8d6f-d443a13d6f93.jpg 266.92 KB

11.10.2023

Ağcabədidə şəhidlərimiz anılıb

Ağcabədidə şəhidlərimiz anılıb

ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 27 sentyabr - Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Belə ki, Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri ilə görüşlər təşkil edilib, rayonun Şəhidlər xiyabanı ziyarət olunub. Həmçinin komitənin təşkilatçılığı ilə şəhər 1 nömrəli məktəbdə müharibə veteranları və şəhid ailələrinin şagirdlərlə görüşü baş tutub. Görüşdə Vətən müharibəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından və onların döyüş yolundan danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib. Eləcə də tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.ec9bbc46-38c2-4538-bce4-31ca0268d056.jpg 290.8 KB559330c8-2cba-4cb7-9901-62200e49ff56.jpg 181.08 KB76beb357-0749-49d3-9114-2cc87263fc53.jpg 154.73 KB49abe932-1e96-4de4-9a09-7f985d04d011.jpg 393.69 KB8b2e9648-d9a3-40d2-9d1b-820b99af16b1.jpg 357.98 KB9fac49d0-8e7b-4519-abb9-44b86661cda4.jpg 334.3 KB

02.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.  Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB

20.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo