Ağcabədidə yeniyetmələr arasında şahmat turniri keçirilib


        Ağcabədi rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə yeniyetmələr arasında şahmat yarışı təşkil edilib. 
ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən təşkil olunan yarışın açılış mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Vətən müharibəsindən, qazanılan parlaq Zəfərdən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, döyüş yolundan, müzəffər Ali Baş Komandanın qətiyyətindən, böyük sərkərdəlik məharətindən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına olan ali münasibətlərdən danışıblar.
Yarışlar bir həftə davam edib, qaliblərə Ağcabədi rayon komitəsi tərəfindən hədiyyələr təqdim edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo