Ağcabədi şəhər 3 №-li məktəb-liseyin 140 illiyi qeyd edilib

 
Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin 140 illiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, 1883-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsi zəngin inkişaf yolu keçib, rayon təhsilinin tərəqqisində əhəmiyyətli rol oynayıb. Məktəb hər zaman peşəkar kollektivi və böyük uğurlara imza atmış məzunları ilə fərqlənib. ATİAHİ Ağcabədi rayon komitəsinin rəhbərliyi tədbirdə yaxından iştirak edib çıxışları ilə məktəbin kollektivinə təbriklərini çatdırıblar. Həmçinin təhsil müəssisəsinin 3 müəllimi ATİAHİ Respublika Komitəsi tərəfindən fəxri fərmanla təltif edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo