Ölkəmizin bir çox rayonlarında olduğu kimi, Ağcabədidə də pambıq yığımı davam edir. ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə həmkarlar ittifaqlarının üzvləri, ilk həmkarlar təşkilatlarının sədirləri pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarında olublar. Onlar pambıq yığımı ilə tanış olub, işçilərlə söhbətləşiblər. Bildirilib ki, kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılıq da ölkəmizdə inkişaf edir. Əvvəlki illərdən fərqli olaraq bu il Ağcabədidə daha geniş ərazilərdə pambıq tarlaları salınıb və hazırda yığım davam edir.
Sonda çay süfrəsi təşkil olunub.