ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.
Tədbirlərdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, İdarənin əməkdaşları, Ağcabədi rayon komitəsinin ittifaq üzvüləri iştirak ediblər. Rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub. Həmçinin M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə Zəfər Günü münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib.
Bundan başqa, təhsil sahəsində çalışan Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş olub. Çay süfrəsi ətrafında keçən görüşdə təhsil işçiləri qələbə ilə bağlı öz təəssüratlarını bölüşüblər və göstərilən diqqət və qayğıya görə, minnətdarlıq ifadə ediblər. Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun anım günü ilə əlaqədar ailə üzvləri ilə görüş təşkil edilib, hədiyyələr təqdim olunub.