ATİAHİ Ağcabədi rayon komitəsi Xocəvən kənd 3 №-li ümumi orta məktəbdə tədbir keçirib.
Tədbirdə məktəbin təhsildə fərqlənən fəal müəllimlər iştirak ediblər.
Çıxış edənlər bildirib ki, müəllimlər hər zaman cəmiyyətimizin təhsilə inamını artırır, bu peşənin nüfuzunu yüksəldir, müəllim adını, şərəf və ləyaqətini uca tuturlar. Gənclərimizdə fəal vətəndaş mövqeyinin formalaşmasında, onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə olunmasında, milli və bəşəri dəyərləri mənimsəməsində, müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasında müəllimlərin fədakar əməyiniz danılmazdır. Vurğulanıb ki, Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində zəruri tədbirlər görür.
Tədbirdə həmçinin məktəbin müəllimlərinə rayon təhsilinin inkişafında göstərdikləri əməyə görə təşəkkür edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonda rayon komitəsi tərəfindən vəzifə öhdəliklərini layiqincə yerinə yetirən müəllimlər fəxri fərmanla təltif olunub.