8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı silsilə tədbirlər keçirilib
Ağcabədi rayonunun təhsil müəssisələrində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə həmkarlar ittifaqı fəalı olan qadınların əməyi qiymətləndirilir. 
Bayram ərəfəsində belə tədbirlərdən biri də Ü.Hacıbəyov adına şəhər 7 saylı tam orta məktəbdə təşkil olunub. Tədbirdə həmçinin məktəbin müəllimi, 65 illik yubileyi bugünlərə təsadüf edən Mamedova Reyhan Müslüm qızı ilə görüş keçirilib. ATİAHİ  Ağcabədi rayon konitəsinin Rəyasət Heyətinin üzvüləri də iştirak etdiyi tədbirdə gənc nəslin təlim-tərbiyyəsindəki xidmətlərinə görə R.Mamedovaya ATİAHİ Ağcabədi rayon komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyə təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo