Ağcabədi rayonunda bu il orta məktəbi bitirmiş məzunlarla görüş keçirilib. Görüşdə rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və məzunlar iştirak ediblər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr dövlətin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan ağcabədili abituriyentlərin sayının artması rayon təhsilinin inkişafından xəbər verir.
Məzunlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.