Ağcabədi rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.
ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərimiz – Rəhimli Ömər, Toğrul Abbasov, Xəzər Bayramov, Samir Mikayıllı və Anar Cəfərovun anaları iştirak edib.
Bildirilib ki, Qələbəmizdə böyük pay sahibi həm də şəhidlərimizin analarıdır, çünki məhz onların böyüdüb boya-başa çatdırdıqları övladlar qəhrəmanlıqlar göstərək torpaqlarımızı təcavüzkarlardan təmizlədir. Onların sayəsində bu gün Azərbaycan xalqı müzəffərdir, qalibdir. Vurğulanıb ki, qədirbilən xalqımız heç vaxt şəhidlərini unutmayacaq. Şəhid anaları onlara göstərilən diqqətdən hər zaman razı olduqlarını ifadə ediblər.
Həmçinin şəhidlərimizin məzarı ziyarət olunub, üzərilərinə güllər düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib.