Ağcabədi rayon komitəsi hesabat ilini böyük uğularla başa vurub

ATİAHİ Ağcabədi rayon komitəsi üzvlərinin sosial və əmək münasibətlərinin qorunması, işçilərin qanuni mənafelərinin müsdafiəsi istiqamətində fəal iş aparır.
İl boyu müharibə iştirakçıları, şəhid ailələri və onların övladları ilə görüşlər təşkil edilib, təhsil müəssisələrində çalışan müharibə iştirakçıları və şəhid ailə üzvlərinin hər birinə həssaslıqla yanaşılıb.  
Tədris müəssisələrində işçilərin işə qəbulu edilməsi, onlarla əmək müqaviləsinin  bağlanması və xitam verilməsi işlərinə nəzarət təşkil edilib. Respublika Komitəsinin təşkil etdiyi “İlin peşəkar gənci”, ”Sağlam və təhlütəsiz əmək şəraiti” adlı baxış müsabiqələrində Ağcabədi rayon komitəsinin üzvləri də qalib olmuşlar. Bunlardan Hacıbədəli kənd tam orta məktəbi, Taleh Əliyev adına Xocəvənd kənd tam orta məktəbi və İbrahimov adına şəhər 8 saylı tam orta məktəbi qeyd edə bilərik. Xatırladaq ki, Hindarx qəsəbə 1 №-li tam orta məktəbin informatika müəllimi Dəyanət Fərzəliyev “İlin peşəkar gənci” adlı baxış müsabiqəsinin ilk qaliblərindən  biri olub. Şəhər 1 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi, II Qarabağ müharibəsinin iştirakçısı Elgün Həsənov da müsabiqədən qalib olaraq ayrılıb.
Rayon komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər təşkil edilib. İttifaq üzvüləri ilə görüşlər, müəllimlər arasında şahmat yarışları keçirilib. Respublikanın idman yarışlarında uğur qazanmış rayonun şahmat və idman məktəblərinin yetirmələrinin Ağ göl milli parkına gəzintisi təşkil olunub.
Yüksək mənəvi-əxlaqi keyfiyyətləri, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllimlər, daim hörmətlə xatırlanır. Təqaüddə olan müəllimlərlə  görüşlər təşkil edilir. Məktəblərdə vətənpərvərlik  ruhunun təbliği istiqamətində görüşlərin təşkili il boyu davam etdirilib. Qarabağ müharibəsinin iştirakçısı, göstərdiyi qəhrəmanlığa görə ön cəbhədə Ulu Öndər Heydər Əliyev tərəfində yüksək hərbi rütbəyə layiq görümlüş Şənlik kənd tam orta məktəbin direktoru Tahir Məmmədov və onun silahdaşları, eləcə də Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla məktəb kollektivinin görüşü baş tutub. AHİK-in yaranmasının 30 illik yubileyi ilə əlaqədar rayon komitəsinin təşəbüsü ilə həmkarlar ittifaqlarında uzun müddət səmərəli fəaliyyətlərinə görə şəhər 11 №-li məktəbin, Qaravəlli kənd tam orta məktəbin, Hindarx qəsəbə 3 №-li ümum orta məktəbin ilk həmkarlar ittifaqı sədrlərinə, həmçinin 3 №-li məktəb-liseyin 140 illik yubleyi  münasibətilə  3 müəllimə Respublika Komitəsinin döş nişanı və fəxri fərmanı verilib.
Mədəni-kütləvi  tədbirlərin təşkili,  içtimai işlərdə fəallığı və pedaqoji nailiyyətlərinə  görə ittifaq üzvləri ilə görüşlər olub.
Qeyd edək ki, Ağcabədi rayon komitəsi bundan sonra da ittifaq üzvlərinin əmək hüquqlarının qorunması istiqamətində səylə çalışacaq, öz funksiya və vəzifələrinə ləyaqətlə və məsuliyyətlə yanaşacaq.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo