ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə bir qrup ittifaq üzvü Şuşa şəhərinə səfər ediblər.
Səfər çərçivəsində iştirakçılar Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baxıblar. Şəhəri gəzintisi zamanı onlar həmçinin aparılan abadlıq-quruculuq işləri ilə də tanış olublar.
Sonra şəhərin qala divarları ziyarət edilib. Cıdır düzünə gələn ittifaq üzvləri buradan açılan əsrarəngiz mənzərəni seyr edib fotolar çəkdiriblər. Qonaqlar İsa bulağına və işğal dövründə əsir götürülmüş azərbaycanlıların saxlanıldığı və ağır işgəncələr şahidlik etmiş Şuşa türməsinə də baş çəkiblər.
Səfər iştirakçıları Şuşanı işğaldan azad edən Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuzun hərbçilərinə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.