İyunun 14-də Ağcabədi rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. ATİAHİ Ağcabədi rayon komitəsinin üzvüləri son zəng tədbirində iştirak ediblər. Ağcabədi rayon M.Aranlı adına Şəhər 11 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Ağcabədi rayon komitəsinin sədri, YAP Ağcabədi rayon təşkilatının sədri R.Əhmədov, müəllim-şagird kollektivi, valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru L.Əlizadə rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Komitənin sədri öz növbəsində rayon üzrə əldə edilən təhsil uğurlarını diqqətə çatdırıb. Bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.