Ağcabədidə şagirdlər arasında yazı müsabiqəsi keçirilib
ATİAHİ Ağcabədi rayon komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. Belə ki, ilk həmkarlar ittifaqları ilə görüşlər təşkil edilir, şagirdlər arasında inşa müsabiqələri keçirilir, Ulu Öndərin zəngin siyasi irsi geniş təbliğ edilir.
Tədbirlərin davamı olaraq rayon komitəsi tərəfindən rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsi keçirilib. Müsabiqəyə şagirdlər tərəfindən Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalqının həyatında gördüyü işlər, xilaskarlıq missiyası, dövlət quruculuğu istiqamətində gördüyü işlərlə bağlı yazılar təqdim olunub. Müsabiqə komissiyası tərəfindən bütün yazılar yoxlanılıb və qaliblər müəyyənləşib. Qaliblərə rayon komitəsi tərəfindən hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo