Ağcabədidə həmkarlar ittifaqlarının üzvləri pambıq tarlalarında olublar

Ağcabədidə həmkarlar ittifaqlarının üzvləri pambıq tarlalarında olublar

  Ölkəmizin bir çox rayonlarında olduğu kimi, Ağcabədidə də pambıq yığımı davam edir. ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə həmkarlar ittifaqlarının üzvləri, ilk həmkarlar təşkilatlarının sədirləri pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarında olublar. Onlar pambıq yığımı ilə tanış olub, işçilərlə söhbətləşiblər. Bildirilib ki, kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılıq da ölkəmizdə inkişaf edir. Əvvəlki illərdən fərqli olaraq bu il Ağcabədidə daha geniş ərazilərdə pambıq tarlaları salınıb və hazırda yığım davam edir.Sonda çay süfrəsi təşkil olunub.fc85a138-6ccd-4380-888c-54130999cb03.jpg 469.7 KBcae76b61-f651-497d-beef-3f83cd085e22.jpg 181.32 KB582dd8e7-6556-47bc-a9c2-70a43c718d8b.jpg 133.01 KB71c35e43-5551-455c-8b51-52e209c7f42c.jpg 175.37 KB59ebb084-b92e-426b-ba33-70b2394b40d3.jpg 453.82 KB

18.10.2022

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria,  Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.   

17.10.2022

Ağcabədidə şəhid anası ziyarət olunub

Ağcabədidə şəhid anası ziyarət olunub

ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri şəhər 1 saylı tam orta məktəbin müəllimi, şəhid anası Xanım Mehdiyevaya baş çəkiblər. Qeyd edək ki, onun oğlu Akif Abbasov 2020-ci ilin yanvar ayında Tovuz rayonunun Ağdam kəndində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonda “Azərbaycan Respublikasının Qarabağ uğrunda” medalı ilə təltif olunub. Məzarı Ağcabədi rayonundakı Şəhidlər xiyabanındadır.Görüş zamanı Xanım müəllim oğlunun uşaqlığından, vətənpərvərliyindən, davranışlarından söz açıb, Akiflə bağlı xatirələrini bölüşüb.İttifaq üzvləri qeyd ediblər ki, xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmur,  xatirəsini əziz tutur. Akif kimi oğullarımız da hər zaman xalqımızın qəlbində yaşayacaq. Sonra ittifaq üzvləri şəhidin xatirə şəkillərinə baxıb və şəxsi əşyaları ilə tanış olublar. Akifin geyimləri arasında şəhid general Polad Həşimovun ona hədiyyə etdiyi hərbi forma daha çox diqqət çəkib.Sonda şəhid anasına müxtəlif hədiyyələr təqdim olunub.868dcfe8-81b9-45b0-81fc-a3be722c96fd.jpg 99.25 KB58607cd4-00cf-450a-8d6b-824718fb384d.jpg 105.03 KB4706dd7e-ee31-4289-a87c-70006d322991.jpg 77.07 KB0877fc19-aec0-4248-bfa1-1f00d569b6e3.jpg 116.28 KBa8d85b2c-10d2-468e-87d9-e97665416023.jpg 122.56 KBe02b041e-f32c-4166-a661-36b68493daf3.jpg 52.09 KB

17.10.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Bakı şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Bakı şəhəri üzrə rayon komitələrinin, Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün rayonlarının sədrləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.WhatsApp Image 2022-10-17 at 12.16.44.jpeg 230.11 KBWhatsApp Image 2022-10-17 at 12.16.43.jpeg 283.81 KB

15.10.2022

Ağcabədidə şəhid məzarı ziyarət olunub

Ağcabədidə şəhid məzarı ziyarət olunub

ATİAHİ Ağcabədi rayon komitəsi və ittifaq üzvləri tərəfindən Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş kapitan Anar Cəfərovun anım mərasimi keçirilib.Mərasimdə şəhidin keçdiyi döyüş yolundan, vətənpərvərliyindən, ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpağa, Vətənə bağlılığından danışıblar.İttifaq üzvləri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.Şəhidin həyat yoldaşı, Ağcabədi rayon 3 saylı körpələr evi-uşaq bağçasının ilk həmkarlar ittifaqının üzvü Samirə Xuduyeva göstərilən diqqətə görə, tədbirin təşkilatçılarına təşşəkür edib. 

10.10.2022

Ağcabədidə Müəllimlər Günü qeyd olunub

Ağcabədidə Müəllimlər Günü qeyd olunub

ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Həmçinin iştirakçılar rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Bundan başqa, Müəllimlər Günü ilə əlaqədar qabaqcıl təhsil işçiləri, təhsil işçisi olan şəhid ailələri və rayon ziyalıları ilə görüş təşkil olunub. Tədbirdə müəllimlərin gənc nəslin yetişməsində, milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, elmi biliklərə yiyələnməsində xidmətlərindən danışılıb.Sonda müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub.  3faa1b43-ca06-4b14-a9e5-cb632a4f5e26.jpg 203.23 KB4acdfcf8-dc69-4ee8-b8e4-5356c0d4feb4.jpg 208.3 KB4fdcc311-6a92-47b9-9417-1ee59a3b2dcb.jpg 213.73 KB9e596244-0fa9-412c-9330-ad2bc8fd19f2.jpg 281.15 KB11bedaed-b7cc-4034-9c9e-064f4e48f33f.jpg 177.73 KBaef074cd-a238-46e5-a831-fa67e8fb652c.jpg 215.39 KBcba9202d-3e64-44b8-9c8a-8c7b7190c6a7.jpg 189.43 KBe0adc26d-0515-4c59-9d49-90faf535520b.jpg 195.45 KBd4c9361c-53c7-46fb-b9b9-e1e61a4b1022.jpg 179.98 KBf1c10b26-7886-495c-852b-0f189847c508.jpg 211.45 KBf2e28878-2d54-4730-ab00-21f63937a0c4.jpg 216.44 KBfab8a6d0-be81-42bd-91d6-18bd0810a77b (1).jpg 183.37 KBb8ef1555-c542-4936-ab47-d6080e8702c0.jpg 353.4 KB183f60a4-7bf1-499d-8b22-f03e193669d1.jpg 283.78 KB

10.10.2022

Ağcabədidə şəhidlərin anım mərasimləri keçirilib

Ağcabədidə şəhidlərin anım mərasimləri keçirilib

27 sentyabr – Anım Günü ilə əlaqədar Ağcabədi rayonunda bir sıra tədbirlər keçirilib.Anım mərasimlərində ATİAHİ Ağcabədi rayon komitəsinin üzvləri fəal iştirak ediblər.Şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.Həmçinin şəhid ailələrinə baş çəkilib, qazilərlə görüşlər keçirilib.e523c162-16f6-4b63-8405-918ddd31ac57.jpg 89.91 KBb5377060-107b-46b7-89d2-2cd3b8baac77.jpg 104.39 KB3a01f01d-f7d5-4b65-859d-d21a0ccad99c.jpg 95.01 KBa008f843-b917-47dc-b528-2957fe6f5a5d.jpg 106.11 KB

29.09.2022

Anım Günü ilə əlaqədar Ağcabədi məktəblərində tədbirlər keçirilib

Anım Günü ilə əlaqədar Ağcabədi məktəblərində tədbirlər keçirilib

ATİAHİ Ağcabədi rayon komitəsinin üzv təşkilatları tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon məktəblərində silsilə tədbirlər keçirilib.Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsidə şəhidlərimizin, qazilərin, veteranların rəşadətindən, onların şərəfli döyüş yolundan, əzmkarlığından bəhs ediblər. Bildirilib ki, Şanlı Bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir.  Rayonun M.Əsədov adına 5 saylı tam orta məktəbində ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən hazırlanan Anım tədbirində şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb.Vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar. Hələ müharibənin gedişi zamanı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar.Qeyd edək ki, keçirilən bütün tədbirlərdə Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs olunub, mübariz oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilib.dcfab134-918b-4d13-8c9b-a59be194f095.jpg 342.15 KBfec832af-5067-4a07-a13a-28f15f526b5e (1).jpg 300.83 KB33085765-7f70-45a1-b4cc-50d919216299.jpg 311.41 KB27593d9c-3199-44ae-aabd-8d872242de15.jpg 366.51 KB881cbdda-799d-4891-be2f-c2bed48d5d59.jpg 250.14 KB88b06ec8-913e-4e22-866d-de8e78b1daf3.jpg 392.52 KB47f9b1b5-c036-49b8-a87a-75da2e66f25d.jpg 328.62 KB42f7e3ae-5c93-4b80-9dd0-85bb68d22d10.jpg 311.56 KB9eac733b-d386-4c45-8ee9-7709a13a5ec9.jpg 251.21 KB9cec5805-6a92-430c-9ff6-c37f09cc79b0.jpg 137.63 KB

28.09.2022

Ağcabədidə şəhid məzarı ziyarət olunub

Ağcabədidə şəhid məzarı ziyarət olunub

    Sentyabrın 22-də ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri bu il sentyabırın 13-14-də Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi hərbi təxribatların qarşısını alarkən şəhid olmuş Ağcabədi şəhər  sakini Emin Fərzəliyevin məzarını ziyarət ediblər.Şəhidin məzarı üstünə əklil qoyulub və gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.Bununla yanaşı, ittifaq üzvləri həmçinin rayonun şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü üğrunda həlak olmuş digər qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib üzərinə güllər düzüblər.fec832af-5067-4a07-a13a-28f15f526b5e.jpg 300.83 KB993d5763-b3eb-4c3b-8edf-5aa0c9f2c8b5.jpg 395.33 KB3263cd16-ddb9-4022-95de-939f09307162.jpg 370.22 KB780cd428-16ee-4bce-8133-198ec6b2c761 (1).jpg 399.99 KB30c990c1-7671-4fc1-9888-024396ca9beb.jpg 379.91 KB

26.09.2022

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Astara şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibləri, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov, Əməlhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Astara rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək orada saxlanılan eksponatlarla tanış olublar.Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8806.JPG 6.28 MBIMG_8810.JPG 5.85 MBIMG_8816.JPG 5.9 MBIMG_8819.JPG 6.42 MB

23.09.2022

Ağcabədidə məzunlarla görüş keçirilib

Ağcabədidə məzunlarla görüş keçirilib

Ağcabədi rayonunda bu il orta məktəbi bitirmiş məzunlarla görüş keçirilib. Görüşdə rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və məzunlar iştirak ediblər.Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr dövlətin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.Diqqətə çatdırılıb ki, hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan ağcabədili abituriyentlərin sayının artması rayon təhsilinin inkişafından xəbər verir.Məzunlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.960ed985-1e8d-4df1-b84c-b92cf1501d5a.jpg 129.46 KB356d84f8-f1e9-4fca-980d-7f187fa4cec2.jpg 140.48 KB8d2456c1-c6b8-4858-b32b-68a991e5be78.jpg 113.69 KB5f3066c6-0b4a-4977-84ea-24401da2c783.jpg 121.2 KB3cd6e453-0fef-43da-8f43-a4ef93d4c06a.jpg 115.34 KB

13.09.2022

Ağcabədidə şəhid övladlarına məktəb ləvazimatları hədiyyə edilib

Ağcabədidə şəhid övladlarına məktəb ləvazimatları hədiyyə edilib

Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrinə qayğı göstərməyi, maddi və mənəvi dəstək olmağı özünün müqəddəs borcu hesab edir və hər zaman onlara xüsusi diqqətlə yanaşır. Ənənənin davamı olaraq sentyabrın 5-də ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhid olmuş Taryel Atayevin və Gülalı Qəhrəmanovun övladları ilə görüş təşkil olunub.Görüşdə qəhrəman şəhidlərimizin döyüş yolundan və tarixi qələbədən danışılıb.  Hər iki şəhidin övladlarına yeni tədris ilinin başlaması ilə əlaqədər dərs kitabları, məktəb ləvazimatları, çanta və digər məktəbli əşyaları təqdim edilib.Sonda şəhidlərin məzarı ziyarət olunub.e74fef2c-455a-42be-ad2b-ee41ba848949.jpg 245.52 KBd9826af2-afc4-4562-afc8-13ce24a0d8c8.jpg 99.44 KBbc56ecc4-13af-4659-828c-ae2f361395e4.jpg 179.25 KB11146e1f-7d12-450e-98da-2d42d9edc355.jpg 107.59 KB81f6bba9-d135-4ab7-82dd-8c304864cfe2.jpg 249.39 KB

13.09.2022

Ağcabədidə müəllimin pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub

Ağcabədidə müəllimin pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub

Ağcabədi şəhər 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Tahirə Qasımovanın pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub.Tədbirdə məktəbin rəhbərliyi və kollektivi, rayonun tanınmış ziyalıları iştirak ediblər.Çıxış edənlər Tahirə müəllimin səmərəli və nümunəvi pedaqoji fəaliyyətindən, müəllim-şagird münasibətlərini peşəkar səviyyədə qurmasından, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlarından bəhs ediblər. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı, gənclərimizin müasir elmi biliklərə yiyələnməsi, onların vətənpərvər ruhda tərbiyə olunması məhz Tahirə xanım kimi pedaqoqların xidmətidir. Tədbirdə iştirak edən ATİAHİ Ağcabədi rayon komitəsinin əməkdaşları T.Qasımovanı təbrik edib, ona həmkarlar ittifaqları adından Fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.  14160188-3b50-4943-8f5c-e71f17c000d4.jpg 78.66 KB172f7d96-ba0a-4dd1-bb5a-238174a098b5.jpg 118.72 KB6967eb40-aae4-4515-a14d-ae746c473c12.jpg 70.9 KBb7bcca70-4538-4799-a20f-d8063a4d0891.jpg 79.02 KB

13.09.2022

ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

Sentyabrın 8-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda konfrans keçirilib.Konfransa 20 ali təhsil müəssisəsindən 120 tələbə qatılıb.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dövlət-gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.M.Cəfərzadə qeyd edib ki, ölkəmizin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirib.Konfransda qeyd olunub ki, ATİAHİ-nin tərkibində olan ali məktəb, kollec, peşə məktəbi və liseylərdə on minlərlə tələbə təhsil alır. Onların yarıdan çoxu ittifaqın üzvüdür. Bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordumuzun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl və Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb.Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasında təhsil alan, Vətən müharibəsi iştirakçısı Xəyyam Qədiməliyev keçdiyi döyüş yolu, yaralanması və hərbçilərimizin çətin tapşırıqların öhdəsindən necə məharətlə gəlməsindən söz açıb.Qeyd edək ki, X.Qədiməliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.Tədbirdə digər çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin üzərinə düşən mühüm vəzifələrdən bəhs ediblər.Vurğulanıb ki, gənclərimizdə milli vətənpərvərlik hisslərinin necə yüksək olmasını 2020-ci ilin sentyabr-noyabr aylarında gördük. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altındakı ərazilərin qeyd-şərtsiz boşaldılması, münaqişənin həlli prosesinə Türkiyənin də cəlb edilməsi, Naxçıvanı blokadadan çıxaracaq dəhlizin yaradılması kimi bəndlərin yer aldığı bəyanatın Ermənistanın baş naziri tərəfindən imzalanması Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.IMG_8727.JPG 4.63 MBIMG_8734.JPG 6.01 MBIMG_8739.JPG 4.84 MBIMG_8741.JPG 4.9 MBIMG_8751.JPG 4.9 MBIMG_8756.JPG 4.67 MBIMG_8758.JPG 4.68 MB

08.09.2022

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib.Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

07.09.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo