“Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 % aradan qaldırılıb”
Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək hüquqlarının qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8 seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb”.İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib: “Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib”. AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”.Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.1-2 (1).jpg 773.16 KB2-2.jpg 1020.6 KB3-2.jpg 744.62 KB4-1.jpg 856.74 KB
20.06.2022
Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib
Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Gəncə və Şəki şəhərlərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimlərində rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev çıxış ediblər. Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8584.JPG 6.18 MBIMG_8590.JPG 6.7 MBIMG_8604.JPG 6.2 MBIMG_8614.JPG 6.22 MBIMG_8633.JPG 6.71 MBIMG_8599.JPG 6.88 MB
16.06.2022
Ağcabədidə “Son zəng” tədbirləri keçirilib
İyunun 14-də Ağcabədi rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. ATİAHİ Ağcabədi rayon komitəsinin üzvüləri son zəng tədbirində iştirak ediblər. Ağcabədi rayon M.Aranlı adına Şəhər 11 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Ağcabədi rayon komitəsinin sədri, YAP Ağcabədi rayon təşkilatının sədri R.Əhmədov, müəllim-şagird kollektivi, valideynlər iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru L.Əlizadə rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Komitənin sədri öz növbəsində rayon üzrə əldə edilən təhsil uğurlarını diqqətə çatdırıb. Bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.b1fc4a6f-edd3-472b-8990-38f1ff3ed3be.jpg 113.46 KBd0c8637e-5402-4338-a9e3-2c750a6794fb.jpg 147.86 KB741a49f3-e8d0-4b9f-86c5-fca5bc1dddd9.jpg 204.43 KB302946db-2d1a-4f2b-be0d-b2ae8b724dca (1).jpg 151.72 KB3ac6edcd-948c-4645-b1cb-a031434a3a4e.jpg 147.64 KB
16.06.2022
AHİK-in yay mövsümü ilə əlaqədar müraciəti
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sahə həmkarlar ittifaqı respublika komitələrinin (federasiyaların) və üzv təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.Müraciətdə deyilir:Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsaslanaraq tövsiyə edirik ki, yay mövsümünün başlanması ilə əlaqədar havanın hərarəti 41 dərəcəni keçərsə, xidmət dairənizdə olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəzarət edəsiniz. Həmçinin günvurma hallarının baş verməməsi üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi vacib hesab olunur. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
06.06.2022
Ağcabədidə şəhid övladları ziyarət olunub
ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid ailələrinin övladları ziyarət olunub.Ağcabədinin Hindarx qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin ailəsinə baş çəkilib, onun yeni doğulmuş qardaşına hədiyyələr təqdim olunub.Komitənin əməkdaşları həmçinin şəhid Anar Cəfərovun ailəsində olublar, iki azyaşlı övladı ilə görüşüb, bayramlarını təbrik edib müxtəlif hədiyyələr veriblər.Görüşlərdə bildirilib ki, ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaradılıb, hüquqlarının qorunması dövlətimizin əsas vəzifələrdən biri hesab olunur. Qeyd olunub ki, bu gün körpə soydaşlarımız xoşbəxt və əmin-amanlıq içərisində yaşayırlar.Şəhid ailələri göstərilən diqqətə görə təşkilatçılara təşəkkür ediblər.faa68237-6a8b-45cc-afdd-9732dbef6f11.jpg 235.97 KB1506771a-1ec9-4f40-972f-281b7cd1d92c.jpg 130.49 KB943c1f24-252b-40e2-9fee-c7100432dbbb (1).jpg 63.24 KB629d5bd8-e44c-4eee-950b-fe6b4c047d25.jpg 111.86 KB193fbc03-2dab-44dc-93a4-0d68d4d747e5.jpg 215.79 KB173f2ac8-6111-4f27-a38c-d95e891cc71b.jpg 131.96 KB068f8ce4-96e9-4d64-bbd4-17267e3cbb2e.jpg 133.12 KB12fdfd14-91fe-4aff-ab4d-f2a2ee666bf1.jpg 180.67 KB8cc4d6cb-0cca-4fad-8e2b-11cf5bd55398.jpg 191.11 KB5abd7b12-dc10-4a43-9016-b3f08ee24a79.jpg 109.13 KB4f49126a-6498-45d6-92d2-b25de5619442.jpg 131.99 KB
06.06.2022
Ağcabədidə Müstəqillik Günü qeyd edilib
28 May - Müstəqillik Günü münasibətilə Ağcabədi rayonunun Şənlik kənd tam orta məktəbində tədbir keçirilib.Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva, Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, təhsil işçiləri, müharibə iştirakçıları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.Açıq havada təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirin aparıcısı Əsli Rəhimova Müstəqillik Günü ilə bağlı ətraflı məlumat verib. O, həmçinin məktəbin direktoru, I Qarabağ müharibəsi veteranı Tahir Məmmədovun döyüş yoluna nəzər salıb və qeyd edib ki, bugünkü tədbir həm də qəhrəman müəllimin doğum gününə təsadüf edir. Bu münasibətlə, onun döyüş yoldaşları, yaxın dostları da tədbirə dəvət olunublar. Bundan sonra Milli Qəhrəman İbad Hüseynov, Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov, şəhər 9 saylı tam orta məktəbin direktoru Rizvan Qasımov, Birinci Qarabağ müharibəsi veteranları - Zakir Məmmədov, Kamran Qurbanov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən ətraflı söz açıb, bu gün ölkəmizdə aparılan uğurlu siyasətdən, 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən danışıblar. İstər I, istərsə də II Qarabağ müharibəsində vətən övladlarının göstərdiyi qəhrəmanlıqları xüsusi vurğulayan qonaqlar onlara hər zaman böyük ehtiramla yanaşıldığını diqqətə çatdırıb və müharibə veteranı Tahir Məmmədovu doğum günü münasibətilə təbrik ediblər. Daha sonra ATİAHİ Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva çıxış edərək gənc nəslin təlim-tərbiyəsindəki nailiyyətlərinə və ictimai-siyasi fəaliyyətinə görə bir qrup şəxsin komitə tərəfindən təltif olunduğunu bildirib. Fəxri fərman və hədiyyələr qonaqlar tərəfindən sahiblərinə təqdim edilib.Tədbirdə şagirdlərin vətənpərvərlik ruhunda söylədiyi şeirlər alqışlarla qarşılanıb. IMG_8368.JPG 8.1 MBIMG_8337.JPG 8.16 MBIMG_8300.JPG 7.99 MBIMG_8296.JPG 8.21 MBIMG_8294.JPG 7.68 MBIMG_8269.JPG 8.79 MBIMG_8261.JPG 8.12 MBIMG_8239.JPG 7.2 MBIMG_8205.JPG 7.4 MBIMG_8204.JPG 8.09 MB
31.05.2022
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki
“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, xoş günlər və sevgi, Vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm.Xalqımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.Bu Respublika az ömür yaşasa da, onun təfəkkürlərdə bərqərar etdiyi müstəqillik ideyası yaddaşlardan silinmədi. Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti yenidən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq edərək Vətən göylərinə qaldırdı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının qəlbinin dərinliyində qoruyub saxladığı müstəqillik arzusu yenidən reallaşdı. Bu gün müstəqil Azərbaycan tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub.Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük və parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.Mən bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Qalib Azərbaycanın Qalib vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.Bayramınız mübarək olsun”.
28.05.2022
Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib
Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev 1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs edib.Onun sözlərinə görə, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub: “Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir. Cümhuriyyət dönəmindəki şərəfli addımlardan biri də qadınlara şərqdə ilk dəfə səsvermə hüququnun verilməsi olub. Bu, ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti idi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi. Dövlətin əsas atributları – bayraq, himn və gerb yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.İ.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hərbi müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı: “Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının müstəqillik arzusu həyata keçdi. Müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ulu Öndər Heydər Əliyevin xalqın köməyinə yetişməsi müstəqilliyimizin başını almış təhlükəni aradan qaldırdı və Azərbaycanın xoşbəxt gələcəyinin əsası qoyuldu”.“Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə xalqımızın vahidliyi, birliyi dayanıb. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb”, – deyən AHİK sədrinin müavini əlavə edib ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir: “İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-21.jpg 77.72 KB2-15.jpg 174.91 KB3-13.jpg 98.05 KB4-12.jpg 146.23 KB
27.05.2022
Ağcabədidə Müstəqillik Günü münasibətilə təhsil işçiləri mükafatlandırılıb
28 May - Müstəqillik Günü münasibətilə ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə bir sıra silsilə tədbirlər keçirilib.Belə tədbirlərdən biri rayonun Q.Əliyev adına Hindarx qəsəbə 3 №-li ümum orta məktəbdə baş tutub. Belə ki, məktəbin həmkarlar təşkilatının üzvüləri - Qəndaf İsmayılova və İlahə Nağıyeva gənc nəslin təlim-tərbiyəsindəki uğurlarına və ictimai-siyasi fəaliyyətlərinə görə, rayon komitəsi tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. f52b2f80-e157-400a-b1cb-991252755a7b.jpg 113.95 KBc3b6923b-3271-404c-8860-ecc1d41cf43c.jpg 109.04 KBa1f3ac2a-5b37-445f-b0b3-a1f3231d8cfa (1).jpg 99.62 KB14446ffe-8049-4bca-8f48-c5f71a90c595.jpg 113.14 KB208e7f7a-0315-415a-a465-d2812b0d237d.jpg 113.41 KB96d59129-c001-491e-8efd-1e09c2c23e99.jpg 113.26 KB
27.05.2022
Ağcabədidə Qarabağ Atçılıq Kompleksi ziyarət olunub
ATİAHİ Ağcabədi rayon komitəsi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayonun Xamtorpaq ərazisində fəaliyyət göstərən Qarabağ Atçılıq Kompleksinə gəzinti təşkil edib.Təhsil işçilərinə Kompleksin yaradılma məqsədi, fəaliyyəti, əldə olunan nailiyyətləri barədə ətraflı məlumat verilib.Bildirilib ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Hazırda kompleksdə Qarabağ cinsindən olan 300 at saxlanılır.İttifaq üzvüləri gəzintidən xoş təəssüratlarla ayrılıblar.eb299bee-6d45-49c7-975f-06690e6c102f.jpg 158.85 KBeaac9d85-b3dc-47e5-b6b1-d4c5c9f49c7e.jpg 83.87 KBbc90cde3-795a-43eb-bf87-15d1c15cccda.jpg 100.1 KBbbd9b195-b348-45ca-90bf-8fe51e269062.jpg 94.55 KBb1aa6f8b-a81e-4a9d-bac4-a9ec62770d0b.jpg 151.68 KBacfc16d4-fd0d-47b6-99bf-03a7ef6a9918.jpg 91.33 KB7678b30d-d3b3-4684-8603-2782e97fa6a6.jpg 128.16 KB7351fa66-d62c-44a9-8510-ccad7ec2aef9.jpg 151.33 KB573s29p55m_026.jpg 128.59 KB362db695-f189-4803-aa36-9ac0fce950dc.jpg 119.18 KB64a18236-1d8b-4cc5-b091-a37cf3444f2b.jpg 139.3 KB48a2cdcb-f669-4e4c-acd3-b3b91c287550.jpg 93.91 KB9ca8ab93-c495-4cb3-a1bb-35ad95add520.jpg 120.89 KB7e6987c7-64ae-4548-a65c-a934b9ccf334.jpg 148.92 KB6z96sk9w5b_016.jpg 136.53 KB6kzef9d7ip_015.jpg 173.03 KB6e0f0593-3f35-44d5-9b0e-2fe0904bcac3.jpg 213.11 KB3e6c57d5-185c-468f-952e-6cd4b2757cf2.jpg 130 KB
17.05.2022
Ağcabədidə təhsil işçisi “İlin peşəkar gənci” adına layiq görülüb
Mayın 11-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.Tədbirdə “İlin peşəkar gənci” adına layiq görülmüş Ağcabədi şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Elgün Həsənova da diplom və döş nişanı təqdim edilib.Qeyd edək ki, E.Həsənov Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayilılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 839dc96c-c7e0-4467-a33d-8f33e74a97f2.jpg 120.74 KB0b360094-6f8c-40ea-8667-aeed510e5b0f.jpg 95.09 KB6effe196-d337-4d6c-9b09-ec9a49737fb4.jpg 123.13 KB
13.05.2022
AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb
İkinci Qarabağ müharibəsindəki tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarakter daşımaqdadır.Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.Məlumat verildiyi kimi, mayın 11-də AHİK-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımız da var.Mükafatlandırılan Vətən müharibəsi qaziləri və iştirakçıları aşağıdakılardır:İkinci Qarabağ müharibəsi iştirakçısı, hava gəmisinin II pilotu Əlili Əzim Vəli oğlu“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş rəngsaz Fərmanov Elməddin Namiq oğluVətən müharibəsi iştirakçısı, böyük usta Piriyev Şəhriyar Məcnun oğluCəbrayıl və Zəngilan rayonlarında gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə medallarla və “Fəxri Fərman” ilə təltif olunmuş 2-ci dərəcəli cilalayıcı Rəhimli Murad Müzəffər oğlu“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş həkim İsmayılov Eldar Mehman oğluFüzulinin, Xocəvəndin, Qubadlının, Şuşanının azad olunmasına görə medalları ilə təltif olunmuş fiziki tərbiyə müəllimi Həsənov Elgün Ələsgər oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Bəhramlı Faris İbrahim oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Səfərov Ağa Sərdar oğluVətən müharibəsi iştirakçısı müəllim Qasımov Əziz Vəzir oğlu“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş informatika müəllimi Səlimov Elvin Zahid oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş proqramçı Babayev Təhmin İntiqam oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş elektrik montyoru Xankişiyev Elnur Əlağa oğlu AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiE21A2414.jpg 154.47 KBE21A2416.jpg 175.93 KBE21A2422.jpg 168.88 KBE21A2423.jpg 125.81 KBE21A2425.jpg 160.22 KBE21A2427.jpg 163.84 KBE21A2429 (1).jpg 148.85 KBE21A2429.jpg 148.85 KBE21A2433.jpg 116.94 KBE21A2434-1.jpg 184.08 KBE21A2436.jpg 178.51 KBE21A2464.jpg 221.92 KBE21A2468.jpg 230.96 KB
12.05.2022
Ağcabədidə şagirdlər arasında şahmat yarışı keçirilib
ATİAHİ Ağcabədi rayon komitəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə yenitetmələr arasında şahmat turnirinə yekun vurulub. Tədbirdə çıxış edən Ağcabədi rayon komitəsinin sədri A.Niftalıyeva bildirib ki, Ulu Öndərin doğum günü ərəfəsində müxtəlif tədbirlər təşkil olunur, onun əziz xatirəsi ehtiramla yad edilir: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin idman siyasəti dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz müsbət nəticəsini göstərməkdədir. İdmançılarımız təmsil olunduqları bütün yarışlarda Dövlət bayrağımızı qürurla dalğalandırırlar”.Onun sözlərinə görə, Uşaq Gənclər İdman Şahmat Məktəbinin uğurları respublika çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər diqqət mərkəzindədir: “Belə bir tədbirin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”.Sonda rayon komitəsi tərəfindən yarışlarda I, II və III yerə layiq görülmüş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim edilib.Qeyd edək ki, yarışın nəticələrinə əsasən, 3 nəfər I yeri, 3 nəfər II yeri, 3 nəfər isə III yerin qalibi olub. Otuz nəfər iştirakçı isə Fəxri fərmanla təltif olunub.ece16fc8-9cfd-4b2e-bc13-244db4df74f6.jpg 84.57 KBd3f353f0-02e2-40cf-8920-1f2d75a0f769.jpg 86.07 KB51854fd8-be5b-4003-962a-6f1722acd794.jpg 85.09 KB07391ed2-eeea-46b6-964d-e6a75062f98d.jpg 99.85 KB754fcd24-ec11-418c-80af-586b039fc5ce.jpg 84.72 KB288a7583-b558-429e-9823-f2a9ec4f0b29.jpg 86.92 KB0158a109-d38b-42c8-8d0a-d3f876209565.jpg 84.43 KB69e0b45d-404a-45c1-8bac-723f9dae1943.jpg 88.79 KB45c5b414-b179-42a4-8ec8-5ebcad837b0a.jpg 86.89 KB7d9f6e80-3bd6-4277-944b-c33e8e62e2a0.jpg 89.18 KB0a4b9c62-0c26-43a0-bad0-740dc2cd7477.jpg 86.75 KB
12.05.2022
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib
Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, – AHİK sədri bildirib.“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləri var. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, – S.Möhbalıyev deyib.Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 100.37 KB3-2.jpg 104.34 KB4-1.jpg 77.39 KB5-1.jpg 171.11 KBmanset-1.jpg 140.31 KB
06.05.2022
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.S.Möhbalıyev çıxışında dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında intellektual səviyyəli potensial kadrların hazırlanmasının, onların aparıcı qüvvəyə çevrilməsinin vacib olduğunu bildirib: “Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildi, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açıldı, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”.AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi: “Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi”.Milli Məclisin deputatının sözlərinə görə, Ümummilli Liderin təhsillə bağlı siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Bu sahədə ardıcıl olaraq həyata keçirilən effektli islahatlar, hər cür şəraiti olan yeni məktəblərin tikilməsi, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur”.“Belə bir müsabiqənin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”, – Konfederasiya sədri əlavə edib.Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.TN.jpg 187.91 KBTN1.jpg 89.5 KBTN2.jpg 136.22 KBTN3.jpg 147.36 KB
04.05.2022
Bizimlə əlaqə