Ağcabədidə şəhidlərin anım mərasimləri keçirilib

Ağcabədidə şəhidlərin anım mərasimləri keçirilib

27 sentyabr – Anım Günü ilə əlaqədar Ağcabədi rayonunda bir sıra tədbirlər keçirilib.Anım mərasimlərində ATİAHİ Ağcabədi rayon komitəsinin üzvləri fəal iştirak ediblər.Şəhid məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.Həmçinin şəhid ailələrinə baş çəkilib, qazilərlə görüşlər keçirilib.e523c162-16f6-4b63-8405-918ddd31ac57.jpg 89.91 KBb5377060-107b-46b7-89d2-2cd3b8baac77.jpg 104.39 KB3a01f01d-f7d5-4b65-859d-d21a0ccad99c.jpg 95.01 KBa008f843-b917-47dc-b528-2957fe6f5a5d.jpg 106.11 KB

29.09.2022

Anım Günü ilə əlaqədar Ağcabədi məktəblərində tədbirlər keçirilib

Anım Günü ilə əlaqədar Ağcabədi məktəblərində tədbirlər keçirilib

ATİAHİ Ağcabədi rayon komitəsinin üzv təşkilatları tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon məktəblərində silsilə tədbirlər keçirilib.Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsidə şəhidlərimizin, qazilərin, veteranların rəşadətindən, onların şərəfli döyüş yolundan, əzmkarlığından bəhs ediblər. Bildirilib ki, Şanlı Bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir.  Rayonun M.Əsədov adına 5 saylı tam orta məktəbində ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən hazırlanan Anım tədbirində şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb.Vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar. Hələ müharibənin gedişi zamanı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar.Qeyd edək ki, keçirilən bütün tədbirlərdə Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs olunub, mübariz oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilib.dcfab134-918b-4d13-8c9b-a59be194f095.jpg 342.15 KBfec832af-5067-4a07-a13a-28f15f526b5e (1).jpg 300.83 KB33085765-7f70-45a1-b4cc-50d919216299.jpg 311.41 KB27593d9c-3199-44ae-aabd-8d872242de15.jpg 366.51 KB881cbdda-799d-4891-be2f-c2bed48d5d59.jpg 250.14 KB88b06ec8-913e-4e22-866d-de8e78b1daf3.jpg 392.52 KB47f9b1b5-c036-49b8-a87a-75da2e66f25d.jpg 328.62 KB42f7e3ae-5c93-4b80-9dd0-85bb68d22d10.jpg 311.56 KB9eac733b-d386-4c45-8ee9-7709a13a5ec9.jpg 251.21 KB9cec5805-6a92-430c-9ff6-c37f09cc79b0.jpg 137.63 KB

28.09.2022

Ağcabədidə şəhid məzarı ziyarət olunub

Ağcabədidə şəhid məzarı ziyarət olunub

    Sentyabrın 22-də ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri bu il sentyabırın 13-14-də Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi hərbi təxribatların qarşısını alarkən şəhid olmuş Ağcabədi şəhər  sakini Emin Fərzəliyevin məzarını ziyarət ediblər.Şəhidin məzarı üstünə əklil qoyulub və gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.Bununla yanaşı, ittifaq üzvləri həmçinin rayonun şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü üğrunda həlak olmuş digər qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib üzərinə güllər düzüblər.fec832af-5067-4a07-a13a-28f15f526b5e.jpg 300.83 KB993d5763-b3eb-4c3b-8edf-5aa0c9f2c8b5.jpg 395.33 KB3263cd16-ddb9-4022-95de-939f09307162.jpg 370.22 KB780cd428-16ee-4bce-8133-198ec6b2c761 (1).jpg 399.99 KB30c990c1-7671-4fc1-9888-024396ca9beb.jpg 379.91 KB

26.09.2022

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Astara şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibləri, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov, Əməlhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Astara rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək orada saxlanılan eksponatlarla tanış olublar.Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8806.JPG 6.28 MBIMG_8810.JPG 5.85 MBIMG_8816.JPG 5.9 MBIMG_8819.JPG 6.42 MB

23.09.2022

Ağcabədidə məzunlarla görüş keçirilib

Ağcabədidə məzunlarla görüş keçirilib

Ağcabədi rayonunda bu il orta məktəbi bitirmiş məzunlarla görüş keçirilib. Görüşdə rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və məzunlar iştirak ediblər.Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr dövlətin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir.Diqqətə çatdırılıb ki, hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan ağcabədili abituriyentlərin sayının artması rayon təhsilinin inkişafından xəbər verir.Məzunlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.960ed985-1e8d-4df1-b84c-b92cf1501d5a.jpg 129.46 KB356d84f8-f1e9-4fca-980d-7f187fa4cec2.jpg 140.48 KB8d2456c1-c6b8-4858-b32b-68a991e5be78.jpg 113.69 KB5f3066c6-0b4a-4977-84ea-24401da2c783.jpg 121.2 KB3cd6e453-0fef-43da-8f43-a4ef93d4c06a.jpg 115.34 KB

13.09.2022

Ağcabədidə şəhid övladlarına məktəb ləvazimatları hədiyyə edilib

Ağcabədidə şəhid övladlarına məktəb ləvazimatları hədiyyə edilib

Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrinə qayğı göstərməyi, maddi və mənəvi dəstək olmağı özünün müqəddəs borcu hesab edir və hər zaman onlara xüsusi diqqətlə yanaşır. Ənənənin davamı olaraq sentyabrın 5-də ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhid olmuş Taryel Atayevin və Gülalı Qəhrəmanovun övladları ilə görüş təşkil olunub.Görüşdə qəhrəman şəhidlərimizin döyüş yolundan və tarixi qələbədən danışılıb.  Hər iki şəhidin övladlarına yeni tədris ilinin başlaması ilə əlaqədər dərs kitabları, məktəb ləvazimatları, çanta və digər məktəbli əşyaları təqdim edilib.Sonda şəhidlərin məzarı ziyarət olunub.e74fef2c-455a-42be-ad2b-ee41ba848949.jpg 245.52 KBd9826af2-afc4-4562-afc8-13ce24a0d8c8.jpg 99.44 KBbc56ecc4-13af-4659-828c-ae2f361395e4.jpg 179.25 KB11146e1f-7d12-450e-98da-2d42d9edc355.jpg 107.59 KB81f6bba9-d135-4ab7-82dd-8c304864cfe2.jpg 249.39 KB

13.09.2022

Ağcabədidə müəllimin pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub

Ağcabədidə müəllimin pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub

Ağcabədi şəhər 1 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Tahirə Qasımovanın pedaqoji fəaliyyətinin 44 illiyi qeyd olunub.Tədbirdə məktəbin rəhbərliyi və kollektivi, rayonun tanınmış ziyalıları iştirak ediblər.Çıxış edənlər Tahirə müəllimin səmərəli və nümunəvi pedaqoji fəaliyyətindən, müəllim-şagird münasibətlərini peşəkar səviyyədə qurmasından, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlarından bəhs ediblər. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı, gənclərimizin müasir elmi biliklərə yiyələnməsi, onların vətənpərvər ruhda tərbiyə olunması məhz Tahirə xanım kimi pedaqoqların xidmətidir. Tədbirdə iştirak edən ATİAHİ Ağcabədi rayon komitəsinin əməkdaşları T.Qasımovanı təbrik edib, ona həmkarlar ittifaqları adından Fəxri fərman və qiymətli hədiyyələr təqdim ediblər.  14160188-3b50-4943-8f5c-e71f17c000d4.jpg 78.66 KB172f7d96-ba0a-4dd1-bb5a-238174a098b5.jpg 118.72 KB6967eb40-aae4-4515-a14d-ae746c473c12.jpg 70.9 KBb7bcca70-4538-4799-a20f-d8063a4d0891.jpg 79.02 KB

13.09.2022

ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

ATİAHİ RK ölkə gəncləri ilə bağlı konfrans keçirib

Sentyabrın 8-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Gənclərimizdə milli-vətənpərvərlik hisslərinin artırılması, onların azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində, milli-mənəvi dəyərlərimizin dərindən mənimsənilməsində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda konfrans keçirilib.Konfransa 20 ali təhsil müəssisəsindən 120 tələbə qatılıb.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda dövlət-gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.M.Cəfərzadə qeyd edib ki, ölkəmizin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirib.Konfransda qeyd olunub ki, ATİAHİ-nin tərkibində olan ali məktəb, kollec, peşə məktəbi və liseylərdə on minlərlə tələbə təhsil alır. Onların yarıdan çoxu ittifaqın üzvüdür. Bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordumuzun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl və Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb.Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasında təhsil alan, Vətən müharibəsi iştirakçısı Xəyyam Qədiməliyev keçdiyi döyüş yolu, yaralanması və hərbçilərimizin çətin tapşırıqların öhdəsindən necə məharətlə gəlməsindən söz açıb.Qeyd edək ki, X.Qədiməliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.Tədbirdə digər çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin üzərinə düşən mühüm vəzifələrdən bəhs ediblər.Vurğulanıb ki, gənclərimizdə milli vətənpərvərlik hisslərinin necə yüksək olmasını 2020-ci ilin sentyabr-noyabr aylarında gördük. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altındakı ərazilərin qeyd-şərtsiz boşaldılması, münaqişənin həlli prosesinə Türkiyənin də cəlb edilməsi, Naxçıvanı blokadadan çıxaracaq dəhlizin yaradılması kimi bəndlərin yer aldığı bəyanatın Ermənistanın baş naziri tərəfindən imzalanması Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.IMG_8727.JPG 4.63 MBIMG_8734.JPG 6.01 MBIMG_8739.JPG 4.84 MBIMG_8741.JPG 4.9 MBIMG_8751.JPG 4.9 MBIMG_8756.JPG 4.67 MBIMG_8758.JPG 4.68 MB

08.09.2022

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib.Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

07.09.2022

Qubada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Qubada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Quba şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibləri, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov, Əməlhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8654.JPG 5.84 MBIMG_8656.JPG 5.85 MBIMG_8676.JPG 5.76 MBIMG_8702.JPG 7.57 MB

07.09.2022

ATİAHİ RK-nın nümayəndələri beynəlxalq simpoziumda iştirak edib

ATİAHİ RK-nın nümayəndələri beynəlxalq simpoziumda iştirak edib

Sentyabrın 1-3-də İstanbulda Egitim-Bir-Sen və Məmur-Senin təşkilatçılığı ilə “Böhran vəziyyətində təhsilin və əməyin gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi (RK) sədrinin müavini Mirzə Cəfərzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.52 ölkədən yüzdən artıq nümayəndənin iştirak etdiyi tədbirdə ümumdünya iqtisadi böhran, pandemiya, iqlim dəyişikliyi, qida çatışmazlığı, münaqişələr şəraitində təhsilin və əməyin bugünkü vəziyyəti və gələcəyi müzakirə olunub.Simpoziumu giriş sözü ilə açan Egitim-Bir-Sen və Məmur-Senin sədri Əli Yalçın deyib ki, Neo-kapitalizmin gətirdiyi labüd diferensiallıq təhsil sistemini də öz cənginə almışdır: “Dünya əhalisinin çox az  bir qismi sürətlə varlandığı və böyük sərvətlər əldə etdiyi halda, böyük bir qismi sürətlə yoxsulluğa sürüklənir. Çox təəssüf ki, belə bir vəziyyətdə keyfiyyətli təhsil hər kəs üçün əlçatan olmur. Biz, həmkarlar ittifaqı təşkilatları olaraq, dünyada həm təhsilin, həm də  əmək bazarının vəziyyətini çox aydın şəkildə görürük və milli hökumətləri,  beynəlxaq təşkilatları buna qarşı ciddi mübarizə aparmağa çağırırıq”.Türkiyə Maarif Fondunun sədri, professor Birol Akgün çıxışında bildirib ki, bu gün çox böyük iqtisadi və siyasi böhranlar, epidemiyalar, müharibələr, köçlər, iqlim fəlakətləri, sosial sarsıntılar yaşayırıq: “Çox təəssüf ki, bəzi neo-kapitalist qüvvələr real vəziyyəti manipulyasiya edərək başqa istiqamətə yönəltmək istəyir. İnanıram ki, burda iştirak edən həmkarlar ittifaqı nümayəndələri də bunun fərqindədir”.Məlumat üçün qeyd edək ki, 1992-ci ildə yaradılmış Egitim-Bir-Sen və Məmur-Sen 450 mindən artıq ittifaq üzvünü özündə birləşdirir.Simpoziumda çıxış edən M.Cəfərzadə ATİAHİ RK-nın və AHİK-in sədri, BHİK-in vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda qloballaşan dünyanın tələblərinə uyğun olaraq təhsil sahəsində mütərəqqi addımlar atılır, vaxtaşırı səmərəli islahatlar həyata keçirilir.Simpozium panel iclasları ilə öz işini davam etdirib. Respublika Komitəsi nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib.WhatsApp Image 2022-09-02 at 12.15.31 PM.jpeg 284.92 KB1-1-1068x600.jpg 88.59 KB3-1.jpg 264.19 KB

05.09.2022

AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib

Sentyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib.Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Konfederasiyaya üzv təşkilatların rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK-in sədri Səttar Möhbalıyev konfransda geniş məruzə ilə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz və rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş yolundan, müdrik və qəhrəman xalqımızın sarsılmaz birliyindən, dəmir yumruq kimi birləşməsindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Vətən müharibəsi dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi: “Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi: “Beynəlxalq ictimaiyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb. Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan, hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri həyata keçirməyə başladı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu işlər sürətlə aparılır”.S.Möhbalıyev Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində iştirakına diqqət çəkib: “Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Mehriban xanım Əliyevanın müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçirilir. Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir”.Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının Vətən müharibəsində və ondan sonrakı dövrdə gördüyü işlərdən, döyüşən əsgər və zabitlərə, qazi və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs edib: “AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 9 093 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 036 815 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrə­man­casına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 000 manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən Qarabağ Dirçəliş Fonduna 1 2176 50 manat vəsait köçürülüb, silahlı qüvvələrə və cəbhə bölgəsinə 2320 864 manat,  “YAŞAT” Fonduna 667 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3600475 manatlıq birdəfəlik yardım göstərilib. 172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması  məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar”.Sonra AHİK sədri vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolundan söz açıb. Vurğulayıb ki, demokratiyanın təzahürü kimi meydana çıxan həmkarlar ittifaqları insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən əsas təsisatlardandır: “Bu gün istər ölkəmizdə, istərsə də dünyada həmkarlar ittifaqlarının fəaliyyətinə nəzər saldıqda görünür ki, bu birlik ictimai zərurətdən yaranıb, vətəndaş cəmiyyətinin formalaşmasında, liberal dəyərlərin bərqərar olmasında, demokratiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir. Dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarına, nizamnamələrinə, məramnamələrinə ümumi nəzər saldıqda görürük ki, bu birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır və onların sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və vəzifələrinə tam uyğun olmaqla vətəndaş cəmiyyətinin formalaşmasına və mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının yaradılması zərurətə çevrilmişdir”.S.Möhbalıyev deyib ki, işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərinin təmsil olunmasını, kollektiv danışıqların aparılmasını, kollektiv müqavilələrin, sazişlərin bağlanmasını və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini təşkilat özünün əsas vəzifələrindən hesab edir və bu sahədə ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib: “Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkili istiqamətində ardıcıl olaraq əhəmiyyətli və effektli işlər görülür. Həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir”.Çıxışının sonunda S.Möhbalıyev xalqımızın bütün uğurlarının, qələbələrinin kökündə onun vahidliyinin, birliyinin dayandığını bildirib: “Qədim ədəbiyyatımız, dastanlarımız, folklorumuz vasitəsilə ata-babalarımız hər zaman bizi birliyə səsləyib. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb. Bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir. İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”.Sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev konfransın əhəmiyyətindən danışıb.Konfransda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyevin, Dəmiryolçuların Müstəqil HİRK-in sədri Fəzail Bağırovun, Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Hİ-nın sədri Habil Qurbanovun və Səhiyyə İşçiləri HİRK-in sədr müavini Cavid Məmmədovun çıxışları dinlənilib.Çıxışlarda “Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu” mövzusu ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə 44 günlük müharibədə qazanılan Qələbədən, Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağın yenidən qurulmasından, Laçının azad edilməsi və başqa mühüm məsələlərdən də danışılıb.Sonda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.Konfrans yekunlaşdıqdan sonra iştirakçılar Şuşanın tarixi yerlərinə baş çəkib, şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar. Həmçinin onlar 30 ilə yaxın işğal dövründə ermənilərin törətdiyi dağıntılara baxıblar.1.jpg 105.46 KB2.jpg 150.31 KB3.jpg 132.81 KBb61dac39-0c30-483e-8016-4d2c6cbf92bf.jpg 108.36 KB

05.09.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

İclası giriş sözü ilə açan AHİK sədri Səttar Möhbalıyev əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verdi. İlk məsələ AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin II yarımilliyi üçün iş planı haqqında oldu. Həmin məsələ müzakirə olunaraq səsə qoyuldu və qəbul edildi. Sonra gündəlikdə duran digər beş məsələ ətrafında müzakirələr aparıldı. AHİK-in Məclisinin tərkibində dəyişiklik edilməsi barədə, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Respublika müsabiqəsinin keçirilməsi haqqında AHİK-in 25 noyabr 2009-cu il tarixli (protokol 6b.32ə) 2 nömrəli əlavəyə müvafiq komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdalığa dair Memorandum haqqında, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum haqqında məsələlər də müzakirə olunaraq qəbul edildi.Sonra cari məsələlər barədə fikir mübadiləsi aparıldı. Gündəliyə çıxarılan bütün məsələlər qəbul olunduqdan sonra AHİK sədri Səttar Möhbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda eləcə də, Bakı və Abşeronda yerləşən həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə etdiyi səfərlər barədə danışdı. Qeyd etdi ki, işçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biridir. Əlimizdən gələni edirik ki, üzvlərimizin istirahəti və sağlamlığı yüksək səviyyədə təmin edilsin. Sədr qeyd etdi ki, ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə, veteranlara daim diqqət və qayğı göstərir, onların həyat səviyyəsinin və sağlamlığının qorunması üçün bütün imkanların səfərbər olunmasını tövsiyə edirlər.Azərbaycan həmkarlar ittifaqları da bu məsələyə həmişə həssaslıqla yanaşır, ölkədə sosial sahədə aparılan islahatlara daim dəstək olmağa çalışır. AHİK sədri Səttar Möhbalıyev qeyd etdi ki, sanatoriyalarda müalicə olunanlarla görüşlər zamanı pasiyentlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirirdilər.Sədr bir daha tövsiyə və tapşırıqlarını verərək qeyd etdi ki, insanların istirahət və müalicəsinin daha da yaxşılaşdırılması üçün bütün imkanlar və hazırki durum təhlil edilməli, qarşıya çıxan hər hansı problem və ya çətinliklər dərhal aradan qaldırılmalıdır.E21A4515.jpg 96.24 KBE21A4526.jpg 104.8 KBE21A4526-1.jpg 104.8 KBE21A4527.jpg 120.16 KBE21A4533.jpg 122.18 KBE21A4536.jpg 104.81 KBE21A4548.jpg 107.74 KBE21A4579.jpg 112.25 KB

10.08.2022

Səttar Möhbalıyev: “Əminik ki, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar”

Səttar Möhbalıyev: “Əminik ki, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar”

“Hamıya məlumdur ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dinc və mehriban şəraitində yaşayırlar. Ölkəmiz bütün dinlərin, o cümlədən İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib, ən çətin dönəmlərdə belə müxtəlif dini bayramlar, əziz günlər yüksək səviyyədə qeyd olunub, dini ayinlər icra edilib. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Müxtəlif dini konfessiyaların, təriqətlərin nümayəndələri ölkəmizdəki şəraitdən hər zaman mənunluqlarını ifadə ediblər”.Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.Onun sözlərinə görə, bəzi özünü dindar adlandıran, İslama ləkə atmağa çalışan radikal qruplar hər zaman olub, onlar bu istiqamətdə ölkəmizi də hədəf alır, nifaq salmağa çalışırlar: “Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasında törədilən təcavüz aktı da bu qəbildəndir. Təbii ki, bu, öncədən planlaşdırılmış, siyasi məqsədlər güdən terror, vandalizm aktıdır. Din pərdəsi altında gizlənən həmin qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna, əldə etdiyi naliyyətlərə kölgə salmağa cəhd edirlər. Məlumdur ki, bu cür başıpozuq qüvvələrin Azərbaycanda heç bir sosial bazası mövcud olmadığından onlar xarici ölkələrdə bu cür təxribatlara əl atır, ölkəmizi gözdən salmağa çalışırlar”.AHİK sədri əminliyini ifadə edib ki, bununla bağlı Böyük Britaniya hökuməti lazimi tədbirlər görəcək, təxribatın arxasında duran, təşkilində iştirak edən bütün qüvvələr öz layiq olduqları cəzanı alacaqlar.

05.08.2022

Ağcabədi rayon komitəsi ittifaq üzvlərinin sağlamlıqlarına xüsusi qayğı ilə yanaşır

Ağcabədi rayon komitəsi ittifaq üzvlərinin sağlamlıqlarına xüsusi qayğı ilə yanaşır

 ATİAHİ Ağcabədi rayon komitəsi ittifaq üzvlərinin sağlamlıqlarının qorunmasına, istirahətlərinin səmərəli keçirilməsinə xüsusi qayğı ilə yanaşır, onlara sanatoriya və istirahət evlərinə getmələri üçün yolayışlar verir.Bu məsələdə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri də diqqətdə saxlanılır. Belə ki, şəhid Ömər Rəhimlinin ailəsinin Nabran qəsəbəsində istirahəti təmin edilib. Həmçinin müharibə iştirakçılarının - Orxan Əhmədovun, Ədalət Fərhadovun, Mahir Bağırovun və Seyhun Qasımovun müalicə və istirahəti təşkil edilib.039e0f5a-3976-4355-b400-298d71ba0a51.jpg 169.06 KB

05.08.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo