AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bayram təbriki

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin bayram təbriki

Təbrikdə deyilir:“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Növbəti ildə xəstəliklərdən, bəlalardan, fəlakətlərdən uzaq xoşbəxt həyat nəsibiniz olsun.Əziz həmvətənlər, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Əminik ki, bizi qarşıda daha böyük nailiyyətlər və işıqlı gələcək gözləyir.Bir daha Həmrəylik Günü və Yeni il münasibətilə Sizləri ürəkdən təbrik edir, əmin-amanlıq, firavan həyat arzulayıram. Qoy həmişə dövlətimiz qüdrətli, bayrağımız uca, həmrəyliyimiz əbədi olsun.Bayramınız mübarək“.

30.12.2021

ATİAHİ Respublika Komitəsinin VI Məclisi keçirilib

ATİAHİ Respublika Komitəsinin VI Məclisi keçirilib

Dekabrın 15-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Məclisi keçirilib. Zoom platforması üzərindən keçirilən tədbir onlayn formatda təşkil olunub. İclas torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin tərkibində qismən dəyişiklik edilməsi barədə”, “2022-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətində olan üzv təşkilatlarda hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsi barədə”, “Kollektiv Saziş və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, o cümlədən ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyəti barədə”, “II Qarabağ Müharibəsində iştirak etmiş təhsil işçiləri və onların ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı qərarlar qəbul edilib.  “Kollektiv Saziş və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, o cümlədən ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki,       Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ Respublika Komitəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanmışdır. Həmin Kollektiv Sazişi, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, «Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublikası Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlamışlar. Kollektiv müqavilələrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 31-ci maddəsinə uyğun olaraq təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər öhdəliklər öz əksini tapmışdır. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür ki, onlardan biri təhsil sahəsində çalışan 6110 əlilin əməkhaqlarına müvafiq olaraq 10-25 faiz artımın əlavə edilməsi olub. Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə kömək göstərmək lazımdır. “II Qarabağ Müharibəsində iştirak etmiş təhsil işçiləri və onların ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məsələnin müzakirəsi zamanı isə qeyd olunub ki, Vətən müharibəsi başlanan gündən ATİAHİ Respublika Komitəsi və onun xidmətində olan şəhər, rayon, rayon hüquqlu təşkilatlar, o cümlədən ali və orta ixtisas təhsili məktəblərinin həmkarlar ittifaqı komitələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrin əsgər və zabitlərinə maddi və mənəvi kömək göstərilməsini daim diqqət mərkəzində saxlamışdır. Belə ki, ATİAHİ Respublika Komitəsi tərəfindən Silahlı Qüvvələrinin Fonduna 350000 manat maliyyə vəsaiti köçürülmüş, 17800 manat məbləğində gündəlik tələbat malları  alınaraq cəbhə bölgəsinə göndərilmişdir. Bununla yanaşı, bəzi şəhər, rayon və ali məktəblərin həmkarlar ittifaqı komitələrinin əməkdaşları həmin ərəfədə cəbhəyanı bölgələrdə olmuş və orada xidmət edən əsgər və zabitlərə lazımi dəstək göstərmişlər. Ümumilikdə 760 nəfər təhsil işçisi ordu sıralarında döyüşərək, qələbəmizin təmin olunmasında yaxından iştirak etmişlər. 20 nəfər təhsil işçisi – Gəncə şəhəri, 14 №-li tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və 16 №-li tam orta məktəbin müəllimi Rəşad Məmmədov, Lənkəran şəhəri, 6 №-li tam orta məktəbin  müəllimi Etiram Hüseynli və 7 №-li tam orta məktəbin  müəllimi Emil Qurbanov, Ağdam rayonu, 19  №-li köçkün tam orta məktəbin  müəllimi Vüqar Vəliyev, Abşeron rayonu, Masazır 5  №-li tam orta məktəbin  müəllimi Qoşqar Ömərov, Ağstafa şəhəri, 1  №-li tam orta məktəbin  direktoru Elvin İmaməliyev, Beyləqan rayonu, Təzəkənd kənd orta məktəbin müəllimi Əvdil Quliyev, Cəlilabad rayonu, Fərdili kənd ümumi orta məktəbin müəllimi Tural Rəhimov, Daşkəsən rayonu, Gurbulaq kənd  ümumi orta məktəbin müəllimi Vidadi İsrafilov, Gədəbəy rayonu, Dəyəqarabulaq kənd tam orta məktəbin  müəllimi Kənan Müzəffərli, İsmayıllı şəhəri, 3  №-li tam orta məktəbin  müəllimi Famil Əhmədzadə, Lerik rayonu, Şors kənd ümumi orta məktəbin müəllimi Elgün Quliyev, Saatlı rayonu, Təhsil Şöbəsinin əməkdaşı Xalid Nəciyev, Sabirabad rayonu, Qaraqaşlı kənd  tam orta məktəbin  müəllimi Elxan Rzayev, Samux rayonu, Çobanabdallı kənd  tam orta məktəbin  təsərrüfat müdiri Həsən Məmmədli, Salyan Peşə Liseyin texniki işçisi Vidadi Əhmədov, Oğuz rayonu, Sincan kənd tam orta məktəbin  müəllimi təşkilatçısı Rəvan Lətifov, Tovuz rayonu, Hacılar kənd orta məktəbin  texniki işçisi Tural Sarıyev və Respublika Uşaq-Gənclər İdman Məktəbinin gözətçisi Ceyhun Adıgözəlov Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşlar. Bir ittifaq üzvümüz də Goranboy rayonu, Tap Qaraqoyunlu kənd uşaq bağçasının musiqi müəllimi Ziyadova Flora Qaraş qızı 29 oktyabr 2020-ci il tarixdə erməni təxribatı zamanı yaşadığı evinə mərmi düşməsi nəticəsində həlak olmuş və müvafiq icra orqanları tərəfindən ona şəhid statusu verilmişdir. Məsələnin müzakirəsi zamanı İkinci Qarabağ müharibəsində iştirak edən ittifaq üzvlərinə və ailələrinə yardım edib, şəhid ailələrini, qaziləri diqqətində saxlayıb, xüsusi qayğı göstərmişdir. Məsələnin müzakirəsi zamanı rayon, şəhər, rayon hüquqlu həmkarlar ittifaqı komitələri tərəfindən bu istiqamətdə görülmüş işlər barədə geniş məlumat verilib. Məsələyə münasibət bildirən S.Möhbalıyev deyib ki, 2020-ci il və 2021-ci ilin ilk 9 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 21.933.446 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 1.036.815 manat, “YAŞAT” Fonduna 594.770 manat, “Qarabağ Dirçəliş Fondu”na 600.000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1.610.771 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150.000 manat vəsait köçürülüb. AHİK və onun üzv təşkilatları tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1.915.913 manat maddi yardım göstərilib. 13.735 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 164 şəhid ailəsinin 274 övladı himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək: “Şəhid ailələri, onların övladları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunub. Lakin mən tövsiyə edirəm ki, həmkarlar təşkilatları bu ailələri diqqətdən kənar qoymamalıdır. Pandemiya qaydalarını əməl etmək şərti ilə imkanınız daxilində onları bayram münasibətilə təbrik edin, şəhid övladlarına hədiyyələr təqdim edin. Onlara baş çəkin”. Daha sonra iclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəriciləri və Respublika Komitəsi aparatının ştat cədvəli təsdiq edilib. Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb. 5.JPG 2.55 MB1.jpg 2.72 MB2.jpg 2.67 MB3.JPG 2.61 MB4 (1).jpg 2.88 MB

15.12.2021

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası sədri Satıbaldı Dauletalin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara təşkilatın fəaliyyəti ilə bağlı məlumat verən ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev bildirib ki, 400 min nəfərə yaxın ittifaq üzvünü özündə birləşdirən ATİAHİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan ən böyük sahə həmkarlar ittifaqı təşkilatıdır: “Təşkilatın əsas fəaliyyəti həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsindən ibarətdir. Buna uyğun olaraq hər il ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan üzv təşkilatlar müxtəlif tədbirlər keçirir, həmkarlar ittifaqı üzvlərinin hüquqlarının müdafiəsi, asudə vaxtının səmərəli təşkili, müalicə və istirahətlərinin təmin edilməsi ilə bağlı işlər görür”. Təşkilatın beynəlxalq əlaqələrin qurulması istiqamətində gördüyü işlərdən danışan H.Nağıyev bildirib ki, ATİAHİ Respublika Komitəsi beynəlxalq əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür: “ATİAHİ Respublika Komitəsi 1992-ci ildə Beynəlxalq Elm və Təhsil işçiləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə, 2006-cı ildə Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv qəbul edilib. Bunlarla yanaşı təşkilatımız Türkiyə, Rusiya, İsrail, Belarus, Ukrayna, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Bolqarıstan, Misir və Latviya Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurub. İkitərəfli əməkdaşlıq əlaqəsi qurduğumuz təşkilatlar arasında Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı da var”. Səmimi qəbula görə təşəkkürünü bildirən Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası sədri Satıbaldı Dauletalin qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ilə Qazaxıstanın həmkarlar ittifaqı təşkilatları arasında yaxın əməkdaşlıq əlaqələri var. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında imzalanan Memorandumun imzalanmasını xatırladan S.Dauletalin bildirib ki, münasibətlər bundan sonra da davam və inkişaf etdiriləcəkdir. Görüşdə həmçinin Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mokaşeva da çıxış edərək iki təşkilat arasındakı əməkdaşlıqdan məmnunluq ifadə edib. IMG_8477.JPG 6.47 MBIMG_8480.JPG 7.02 MBIMG_8482.JPG 7.22 MBIMG_8484.JPG 6.11 MB

07.12.2021

Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), həmçinin qurumun üzv və tabe təşkilatlarının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər.Ağacəkmə aksiyası yaşıllaşdırma üçün nəzərdə tutulan 280 hektarlıq ərazinin Qaradağ rayon, Müşfiqabad qəsəbəsində yerləşən sahəsində həyata keçirilib.Həmkarlar ittifaqlarının 150-dən çox əməkdaşı tərəfindən ərazinin torpaq-iqlim şəraitinə uyğun 1 000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.Aksiyada AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.Jurnalistlərə açıqlamasında AHİK sədri Səttar Möhbalıyev bildirib ki, bu kampaniya ölkəmizdə yaşıllıq sahələrinin ərazisini genişləndirəcək, flora biomüxtəlifliyini artıracq, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə böyük töhfə verəcək: “Həmçinin ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində mühüm rol oynayacaq, təbiətimizin yaşıl gələcəyini təmin edəcək. İnanırıq ki, sağlam ekoloji mühitin yaradılmasında, ətraf aləmin qorunmasında əkdiyimiz ağacların mühüm faydası olacaq”.S.Möhbalıyev qeyd edib ki, ənənəni davam etdirərək həmkarlar ittifaqları bundan sonra da ağacəkmə kampaniyasında yaxından iştirak edəcək. Həmçinin AHİK sədri Türkiyədə də keçirilən ağacəkmə kampaniyasına qoşulacaqlarını vurğulayıb.Qeyd edək ki, “Yaşıl Marafon” layihəsi çərçivəsində ölkədə 1 milyona yaxın ağac əkilməsi hədəflənir.1.jpg 110.14 KB2.jpg 196.1 KB3.jpg 204.94 KB4.jpg 178.25 KB263246280_238512881714191_1562488369416626521_n.jpg 151.79 KB263599394_238512921714187_5563296060527623731_n.jpg 138.79 KB263618170_238512955047517_3678251043508350264_n.jpg 193.2 KB

03.12.2021

BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbəti iclası keçirilib.Öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.BMU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətindən, dövlətin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs edib. Prorektor 44 günlük Vətən müharibəsinin müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış gənc nəslin formalaşdığını sübuta yetirdiyini vurğulayıb.Sonra universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən və onların uğurları barədə  ətraflı danışan prorektor THİK-in gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini verib.4 (114).jpg 178.32 KB2 (209).jpg 299.42 KB3 (161).jpg 170.58 KBAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə təmsil etdiyi qurumun rəhbərliyi adından iclas iştirakçılarını salamlayıb. Tədbirin əlamətdar dövrə təsadüf etdiyini söyləyən M.Cəfərzadə bu yaxınlarda Zəfər bayramınının birinci ildönümünün təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.  O, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunub və bizi Zəfərə aparan yolda gəncliyin rolunu qeyd edib.M.Cəfərzadə THİK haqqında məlumat verərək təşkilatın tələbələrin hüquqlarını qorumaqla yanaşı, onların sosial-ictimai həyatının təşkilində də mühüm rol oynadığını vurğulayıb.Daha sonra səsvermə yolu ilə THİK-in 15 nəfərdən ibarət yeni tərkibi, eyni zamanda təlimata uyğun olaraq 7 nəfərdən ibarət Rəyasət Heyəti, 5 nəfərdən ibarət Təftiş Komissiyasınn üzvləri təsdiq olunub.THİK-in sədri vəzifəsinə isə səs çoxluğu ilə universitetin Pedaqoji fakültəsinin III kurs tələbəsi Rayaxanım Ağazadə seçilib.R.Ağazadə ona göstərilən etimada görə təşəkkürünü bildirib, belə şərəfli və məsuliyyətli işin öhdəsindən gələcəyinə inamını ifadə edib.

26.11.2021

Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin üzvləri döş nişanları və fəxri fərmanlarla təltif edilmişlər

Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin üzvləri döş nişanları və fəxri fərmanlarla təltif edilmişlər

Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən  BMA-nın bir sıra professor-müəllim heyətinin üzvleri döş nişanları ilə və fəxri fərmanlarla təltif edilmişlər.İttifaq üzvlərinə hədiyyələr və mükafatlar da verilmişdir.AL5A9722.JPG 4.7 MBHəmçinin BMA-nın  iki tələbəsinə adlı təqaüd təqdim olundu. Tədbirdə BMA-nın Tədris İşləri üzrə prorektoru, professor  Nərminə Quliyeva, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və BMA-nın Həmkarlar təşkilatının rəhbər işçiləri iştirak etmişdirlər.

25.11.2021

“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçiləri mükafatlandırılıb

“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçiləri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edilib. Qaliblərlə görüş zamanı AHİK sədri onları qazandıqları bu nailiyyət münasibətilə təbrik edib. Sədr, Azərbaycanın gələcəyi olan gənclərin layiqli vətəndaş kimi yetişməsində təhsilin rolundan danışaraq qeyd edib ki, Azərbaycanda təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən birini təşkil edir. Mütəmadi olaraq təhsil işçilərinin əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilir. Onlara müxtəlif fəxri adlar verilir, sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır. Bir neçə gün öncə Zəfər Gününün qeyd edilməsini xatırladan S.Möhbalıyev bildirib ki, Azərbaycanın 44 günlük zəfər savaşında yüzlərlə təhsil işçiləri də silaha sarılaraq döyüşlərdə iştirak edib, müxtəlif orden və medallarla təltif ediliblər. 20 nəfər təhsil işçisi isə canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib: “Bu onu göstərir ki, təhsil işçilərimiz həm övladlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında əmək sərf edir, həm də lazım gələndə əlinə silah alaraq torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qoşularaq canını fəda edir. Biz hər birimiz belə Azərbaycan oğulları ilə fəxr edirik”. S.Möhbalıyev pandemiya şəraitində təhsil prosesinin həyata keçirilməsinin məsuliyyəti və çətinliklərindən danışaraq qeyd edib ki, təhsil işçilərimiz bu çətinliyin də öhdəsindən uğurla gəlir. Sonra AHİK sədri müsabiqənin qalibi olmuş təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib. IMG_0788.JPG 795.85 KBIMG_0763.JPG 671.38 KBIMG_0765.JPG 728.81 KBIMG_0766.JPG 665.78 KBIMG_0775.JPG 545.42 KBIMG_0778.JPG 559.2 KBIMG_0779.JPG 525.08 KBIMG_0783.JPG 513.6 KBIMG_0784.JPG 614.23 KBIMG_0787.JPG 851.99 KB

22.11.2021

AHİK sədri Səttar Möhbalıyev Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

AHİK sədri Səttar Möhbalıyev Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını öz adımdan və həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm.Birliyimizin və həmrəyliyimizin rəmzi olan bu əziz gündə hər birinizə möhkəm cansağlığı, əmin-amanlıq və firavan həyat arzulayıram. Bu gün müstəqil dövlət olaraq qazadığımız uğurların, əldə etdiyimiz nailiyyətlərin təməlində dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməyimiz durur. Qoy bu birlik həmişə sarsılmaz və əbədi olsun. Uca Yaradandan Vətənimizə əbədi sülh və sabitlik arzulayıram.Bayramınız mübarək, əziz həmvətənlər!

17.11.2021

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Konstitusiya Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Konstitusiya Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə dövlətimizin rəhbəri cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından təbrik edirəm. Bu əlamətdar gündə hər birinizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram.Demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratmış, insan hüquqlarının aliliyini müəyyənləşdirən, milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirəm.Bir daha bayramınız mübarək olsun!

12.11.2021

Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl ali qanunlarından hesab olunur

Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl ali qanunlarından hesab olunur

“12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə bütün xalqımızı öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm. 12 Noyabr Azərbaycanın həyatında əlamətdar və tarixi bir gündür. Suveren və müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində dərin siyasi böhrandan çıxaraq dövlət quruculuğu sahəsində intibah mərhələsinə qədəm qoyması milli ruhda konstitusiyanın hazırlanmasını zəruri edirdi. Bilavasitə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də xalqın iradəsi əsasında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu, demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım və böyük nailiyyət idi. Hər bir dövlətin mahiyyəti, xarakteri, xüsusiyyəti onun Konstitusiyasında əksini tapır. Azərbaycanın Konstitusiyası demokratiyanın təməl prinsiplərinə əsaslanaraq insan hüquq və azadlıqlarının üstünlüyünü, siyasi plüralizmi, hakimiyyət bölgüsünü təsbit etməklə müasir dünyanın ən mükəmməl ali qanunlarından biri hesab olunur”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.AHİK sədri bildirib ki, Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilib: “Belə ki, 158 maddədən 48-də insan hüquq və azadlıqlarından bəhs olunur və dövlətin ali məqsədi kimi təsdiqlənir. Bu da Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin demokratik dəyərlərə verdiyi ali münasibəti göstərir. İnsanın sahib ola biləcəyi bütün hüquqlar, o cümlədən əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, vicdan azadlığı, fikir və söz azadlığı, dövlətin idarə olunmasında iştirak etmək və başqa hüquqlar Konstitusiyamızda əksini tapıb və hər bir maddə vətəndaşların mənafeyinə xidmət edir”.“Konstitusiyada xalqın siyasi hakimiyyətin yeganə mənbəyi kimi göstərilməsi, dövlətimizin demokratik, hüquqi və dünyəvi xarakter daşıması, hakimiyyət bölgüsü prinsipinin tətbiqi onun demokratik təbiətini əks etdirir. Buna uyğun olaraq ölkəmizdə qısa müddətdə dövlət idarəetmə sistemi formalaşdı, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edildi, məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı. Ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində dövlət quruculuğu prosesi uğurla tamamlandı, insan hüquqları təmin edildi, qanunun aliliyi bərqərar oldu, yeni mütərəqqi qanunlar hazırlandı. Bütün bunların həyata keçirilməsində Konstitusiyamız hüquqi baza rolunu oynadı. Həmçinin əfvetmə institutunun bərpa edilməsi, ölüm hökmünün ləğvi, mətbuat üzərindən senzuranın götürülməsi bu istiqamətdə görülən işlərin davamıdır”, – deyən Milli Məclisin deputatı Səttar Möhbalıyev fikrini belə tamamlayıb:“Böyük fəxarətlə deyə bilərik ki, ötən il Şərqi Zəngəzurun və Qarabağın Ermənistanın işğalından azad olunması ilə həmin ərazilərdə də Konstitusiyanın hüquqi qüvvəsi tam təmin edildi, pozulmuş ərazi bütövlüyümüz bərpa olundu. Bu, böyük qələbə və tarixi nailliyyətdir. Bir daha bayramınız mübarək olsun”.

11.11.2021

8 noyabr Zəfər Günü

8 noyabr Zəfər Günü "N" saylı Hərbi Hissədə qeyd olundu

8 Noyabr - Zəfər Günü ilə bağlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində görüş keçirib. Görüşdə Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edib. O, tədbir iştirakçılarına Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırıb. Qeyd edib ki, bir il öncə 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyulub və Azərbaycanın işğal altında olan torpaqları azad edilib: “Mən ilk növbədə hər birinizi Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərindəki şanlı qələbəsi münasibətilə təbrik edirəm! Ali Baş Komandan, Prezident    İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusunu və onun uzun illər qurduğu istehkamları darmadağın etdi. Düşmən kapitulyasiya bəyanatını imzalamağa məcbur edildi”.WhatsApp Image 2021-11-12 at 10.19.11.jpeg 230.62 KBTədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı konsert proqramı ilə davam etdirildi.WhatsApp Image 2021-11-12 at 10.19.10 (1).jpeg 203.06 KB“N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Respublika Komitəsinə təşəkkürlərini bildirdilər.

05.11.2021

Bakı Dövlət Universitetinin tələbələrinə adlı təqaüdlər təqdim olunub

Bakı Dövlət Universitetinin tələbələrinə adlı təqaüdlər təqdim olunub

Bakı Dövlət Universitetinin 2020-2021-ci ilin yay imtahan sessiyasının nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüş tələbələrinə təqaüdlər təqdim edilib. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edib. O, təqaüdə layiq görülmüş tələbələri AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. M.Cəfərzadə bildirib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Bu təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Bugünə qədər 2591 nəfər ali məktəb tələbəsi bu təqaüddən yararlanıb. 2021-ci ilin yay imtahan sessiyasının nəticəsinə görə adlı təqaüdə layiq görülən tələbələrdən 5 nəfəri Bakı Dövlət Universitetinin tələbələridir. 

03.11.2021

Gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələri  müzakirə olunub

Gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələri müzakirə olunub

Noyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Ali təhsil müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin qoşulduğu tədbir gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələrinin müzakirəsinə həsr edilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək gənclərin məşğulluğuna dair keçirilmiş təhlil və onun nəticələri barədə məlumat verib. Qeyd edib ki, təhlilin aparılmasında məqsəd gənclərin məşğulluq problemindən nə dərəcədə əziyyət çəkdiyini araşdırmaqdır. M.Cəfərzadə bildirib ki, son illər ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatın güclənməsi və dinamik inkişafı, dayanıqlı  sosial-iqtisadi infrastrukturun yaradılması və yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması əhalinin demoqrafik artımına şərait yaradıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib: “Lakin gənclərin peşəyönümü işinin təşkili və metodik ədəbiyyatla təminatı sahəsində hələ də problemlər vardır. Bir sıra ali, orta ixtisas məktəblərində şagird və tələbələrin peşəyönümü işinə kifayət qədər diqqət yetirilmir, bu sahə üzrə kabinetlər yaradılmır. Bu da gələcək potensial işçi qüvvəsinin peşəyönümü işini xeyli çətinləşdirir. Əmək bazarında iş yeri uğrunda mövcud olan rəqabət, gənclər arasında işsizlik səviyyəsi Azərbaycanda da işsizlərin ümumi orta göstəricisindən yüksəkdir. Tələbələrin əldə etdikləri bilik və bacarıqların əmək bazarının kompetensiyalarına uyğun olmaması bu prosesi bir qədər də çətinləşdirir”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qəbul edilmiş «Gənclər siyasəti konsepsiyası», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri» haqqında qərarlar, “Kadr Siyasəti Konsepsiyası”nda və digər sənədlərdə gənc kadrların hazırlanmasına və onların təhsilinə xüsusi diqqət yetirildiyini xatırladan M.Cəfərzadə bildirib ki, gənclərin sosial həyatda fəal və yaradıcı bir qüvvə olaraq iştirakına çalışan AHİK onları narahat edən müxtəlif problemləri, qarşılaşdıqları çətinlikləri araşdırıb həll etmək üçün müəyyən işlər həyata keçirir. Gənclər arasında sorğuların keçirilməsi bu çətinliklərin müəyyən edilməsi məqsədini daşıyır: “Aparılan sorğu nəticəsində məlum olub ki, gənclər təhsili başa vurduqdan sonra ixtisasları üzrə iş axtarmaq istədiklərini, lakin iş təcrübəsinin olmaması, iş saatlarının uyğunsuzluğu, iş yerlərinin məhdudluğu kimi bir sıra çətinliklərlə  üzləşirlər”. M.Cəfərzadə qeyd edib ki, gəclərin məşğulluğuna dair AHİK-in əməkdaşı və ekspertlər tərəfindən aparılmış təhlil giriş və 8 fəsildən ibarətdir.  Hər bir fəsildə ayrı-ayrı istiqamətlər üzrə mövcud problemlərdən və perspektivlərdən bəhs edilir.Sonra o, ayrı-ayrı istiqamətlər üzrə ortaya çıxan nəticələr, problemlərin aradan qaldırılması üçün irəli sürülən təkliflərdən danışıb. Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən onlayn konfransda iştirakçılar gənclərin məşğulluq problemlərinin aradan qaldırılması ilə bağlı ali təhsil müəssisələrində həyata keçirilən tədbirlərdən danışıblar 

02.11.2021

Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb

Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bütün Azərbaycan xalqını öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının üzvləri adından təbrik edirəm. Bu günün Azərbaycan tarixində xüsusi yeri var. Xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb. Minilliklərə söykənən tarixi ərzində böyük imperiyalara, dövlətlərə sahib olsa da, bəzən yaranmış tarixi şəraitlə əlaqədar müstəqilliyini itirməklə üz-üzə qalıb. Amma bir gün də olsun işğalla barışmayıb, milli-azadlıq mübarizəsini sonacan davam etdirib. Bu, Azərbaycan xalqının dəyişməz və sarsılmaz xarakteridir. Hər birimiz əminliklə inanırıq ki, ölkəmizin müstəqilliyi daimi olacaq və xalqımız azad yaşayacaq”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Milli Məclisin deputatı bildirib ki, Azərbaycan 1918-ci il mayın 28-də xalqın apardığı uzunmüddətli mübarizədən sonra müstəqillik qazandı: “Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində şanlı tariximizdə dərin iz qoydu, xalqımızın azad yaşamaq haqqını bütün dünyaya göstərdi. Demokratik respublika yaratmaq və qadınlara seçki hüququ verməklə şərqdə ilklərə imza atdı. Qısa müddətdə özünün əsas atributlarını – bayrağını, himnini və gerbini yaratdı. Həmçinin ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də hərbi müdaxilə yolu ilə süqut etsə də, onun xalqımızın qəlbində bərqərar etdiyi azadlıq ideyası unudulmadı”.“Müstəqilliyimizin bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Sovet rəhbərliyi tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinin bu təcavuzkar əməlini tənqid etdi və bu təcavüz aktını bütün dünyaya çatdırdı. Həmçinin həmin ilin iyulun 22-də Naxçıvanda minlərlə insanın iştirak etdiyi izdihamlı mintinqdə çıxışı zamanı xalqı müstəqillik uğrunda sonacan mübarizə aparmağa çağırdı. Xalq içərsində Heydər Əliyevin böyük nüfuzu varı idi, ötən əsrin 70-ci illərində gördüyü işlərlə xalqın tükənməz məhəbbətini qazanmışdı, xalq onun hər bir çağırışına böyük şövqlə səs verirdi. Təbii ki, bu çıxış xalqımızın mübarizə yolunda mühüm situmul oldu. 1990-cı il noyabrın 17-də məhz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında onun bilavasitə təşəbbüsü ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edildi. Beləliklə, Naxçıvanda müasir Azərbaycan dövlətçiliyinin təməli qoyuldu”, – AHİK sədri vurğulayıb.Deputat əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu gün xaqımız Müstəqilliyin Bərpası Gününü xüsusi əhval-ruhiyyədə qeyd edir: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi, yarımçıq qalmış işlərimiz tamamlandı. Artıq xalqımız üçün çətin, ağrılı günlər keçimişdə qalıb. Bu gün min bir zəhmətlə, şərəflə qazandığımız uğurların sevincini yaşayırıq. Bir daha bayramınız mübarək olsun”.

02.11.2021

AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb

AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb

Oktyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin Qara Metallurgiya, Polad və Metalişləmə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Birliyinin (Özçelik-İş Sendikası) prezidenti Yunus Değirmenci ilə görüşüb.Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.AHİK sədri bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri qardaşlıq prinsiplərinə əsaslanaraq bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev deyib ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi. Şuşa Bəyannaməsindən danışan Konfederasiya rəhbəri qeyd edib ki, Bəyannamə ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, ideoloji, humanitar və s. münasibətlərin bundan sonra da bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.Daha sonra Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları ölkəmizdə yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.Səmimi qəbula görə təşəkkür edən Özçelik-İş Sendikasının prezidenti Yunus Değirmenci Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Qeyd edib ki, Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlər günü-gündən inkişaf edir, qarşılıqlı səfərlər təşkil edilir, təcrübə mübadilələri aparılır. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

28.10.2021

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo