Həmkarlar ittifaqlarının peşəkar fəaliyyətində gənclərin rolu böyükdür
Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbin həmkarlar ittifaqının sədri Cəfər Qurbanov fədakar gənc müəllim olmaqla yanaşı, həm də həmkarlar ittifaqlarının həyatında önəmli rol oynayan şəxslərdən biridir. Rayon üzrə keçirilən tədbirlərin, seminarların, maarifləndirmə tədbirlərinin əsas təşkilatçılarından biri kimi hər zaman fəallığı ilə seçilir. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” müsabiqəsində qazandığı uğurlara görə, fəxri fərmanla təltif olunub. Eləcə də mədəni-kütləvi tədbirlərin təşkilindəki fəaliyyətinə və gənc nəslin təlim-tərbiyyəsindəki nailiyyətlərinə görə, dəfələrlə ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən fəxri fərmanlarla təltif edilib. Həmkarlar ittifaqlarının yaranmasının 100 illiyi münasibətilə də mükafatlandırılan C.Qurbanova döş nişanı və fəxri fərman verilib.
Həmkarımızı qazadığı nailiyyətlərə görə, ürəkdən təbrik edir, ona həm pedaqoji, həm də ictimai fəaliyyətində böyük müvəffəqiyyətlər arzulayırıq.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo