Ağcabədidə şəhidin anım mərasimi keçirilib


ATİAHİ Ağcabədi rayon komitəsinin nümayəndələri rayonun Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində müəllim işləyən Əziz Babayevanın övladı baş leytenant Samir Mikayıllının şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar şəhidin ailəsin ziyarət ediblər. Həmçinin əməkdaşlar həmin kənddə şəhidin adını daşıyan parkda olublar, xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Samir Mikayıllı  Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini biririb, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kara Harp Okulunda Quru Qoşunları üzrə Ali Hərbi Məktəbində və Türkiyə Tuzla Piyada Məktəbində zabit ixtisası üzrə kurslar keçib. "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrupunun komandiri, Xüsusi Təyinatlıların bölük komandiri vəzifələrini daşıyıb. 2020-ci il oktyabrın 17-də Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Vətən müharibəsində iştirak üçün Qarabağa gəlib, Füzuli, Qubadlı və Xocavənd rayonlarının azad edilməsi uğrunda rəşadətlə döyüşüb, Şuşaya qədər döyüş yolu keçib. Göstərdiyi igidliklərə görə, komandanlıq tərəfindən vaxtından əvvəl - 8 noyabr 2020-ci ildə ona kapitan hərbi rütbəsi verilib. Daşaltı kəndi, Laçın koridoru ərazisində gedən döyüşlərdə xüsusilə fərqlənib. O, noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Salmanbəyli kənd qəbiristanlığında dəfn edilib. Həmin kənddə Samir Mikayıllının adını daşyan park salınıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo